İşğalçı İsrail rejiminin XİN idarəsi Aşağı Novqorod şəhərində baş verən insidentə görə Rusiya XİN idarəsinə nota ünvanlayıb
/Aran Agentliyi
İşğalçı İsrail rejiminin XİN idarəsi Aşağı Novqorod şəhərində baş verən insidentə görə Rusiya XİN idarəsinə nota ünvanlayıb. Rusiyanın İTV-2 televiziya kanalının verdiyi məlumatlara görə, Novqorodda keçirilən iqtisadi forum zamanı sionist nümayəndənin cangüdənləri alçaldıcı prosedurdan keçməyə məcbur ediliblər.
Mətbuat Rusiya xüsusi xidmət orqanlarının sionist nazirin cangüdənlərinin silahlarının olub olmamasını yoxlamaq adı ilə soyunmağa məcbur etdiklərini xəbər verir. Sionist nazir ruslarla şəxsən danışıqlar apararaq, bunun qarşısını almağa cəhd göstərsə də, onun cangüdənlərin toxunulmaz olduqlarını bəyan etməsinə məhəl qoyan olmayıb. Bunun ardınca cangüdənləri mehmanxanada yerləşən xüsusi otağa apararaq, yoxlamadan keçiriblər.
Deyerler.Org