Tarix : 2012 Oct 01
Kod 33090

Əhmədinejad Azərbaycana gədəcək

İran prezidenti Mahmud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Azərbaycana gələcək
/Aran Agentliyi

 İran prezidenti Mahmud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Azərbaycana gələcək.

“Fars” agentliyinin yaydığı məlumata görə, İƏT dövlət başçılarının sammiti oktyabrın 16-da Bakıda keçiriləcək. Bundan bir gün əvvəl isə İƏT Nazirlər Şurasının XX iclasının keçirilməsi nəzərdə tutulur. Sammitin yekununda Bakı Bəyannaməsi qəbul olunacaq, sənəddə təşkilatın gələcək fəaliyyət istiqamətləri öz əksini tapacaq.

 APA

  • Yazılıb
  • da (də) 2012 Oct 01