Tarix : 2012 Oct 01
Kod 33091

Elşad Abdullayevin qardaşı MTN mayoru imiş!

Deputat Gülər Əhmədova ilə Parlament mandate bazarlığı edən Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada siyasi mühacirətdə olan Elşad Abdullayevin ...
/Aran Agentliyi

 Deputat Gülər Əhmədova ilə Parlament  mandate bazarlığı edən Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada siyasi mühacirətdə olan Elşad Abdullayevin  qardaşı Mahir Abdullayev MTN mayoru imiş ki, dağıstanlılar tərəfindən öldürülüb və doğranılmış cəsədi Xəzər dənizinə atılıb.

Pat.az saytı məlumat verib Azərbaycan Beynəlxalq Universitetinin sabiq tələbəsinə istinadən xəbər verib : “MTN-nin mayoru olan Mahir Abdullayevin yoxa çıxması ilə bağlı hakimiyyət bu günə qədər normal bir açıqlama ortaya qoya bilməyib.”

ABU-nin sabiq tələbəsi əlavə edib : “Mən Gülər Əhmədvanı müdafiə etmək fikrində deyiləm. Amma görürəm ki, Elşad Abdullayev videorolik yaymaqla öz barəsində rüşvətxor rektor imicini düzəltməyə çalışır.  Elşad Abdullayevdə yaxşı bilir ki, qardaşı MTN mayoru Mahir Abdullayev 2003 cü ildə nəmalüm şəxslər tərəfindən qaçırılmış və öldürülmüşdür. Mahir Abdullayevin qaçırılma və öldürülmə məsələsi namus məsələsi idi. Mahir Abdullayev çox zalım insan idi. Mahir Abdullayev ABU-də  təhsil alan Dağıstan vətəndaşı Fatima Abakarovu zorlamışdı. 2003 cü ildə Azərbaycanda seçki ərəfəsində qarışıqlıqdan istifadə edən Fatima Abakarovun qohumları Mahir Abdullayev oğurladılar və öldürdükdən sonra doğrayib dənizə atıblar.”

  • Yazılıb
  • da (də) 2012 Oct 01