Tarix : 2012 Oct 01
Kod 33092

NİDA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Zaur Qurbanlı oğurlanıb

NİDA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Zaur Qurbanlının oğurlanıb, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilir
/Aran Agentliyi

NİDA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Zaur Qurbanlının oğurlanıb, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə  aparıldığı bildirilir.

Onun atası deyib : “Mənə Zaurun harada saxlanılması haqqında konkret məlumat verilmir. Ancaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan söhbətdən belə məlum olur ki, Zaur orada saxlanılır.”

Bnunla bağlı NİDA Vətəndaş Hərəkatı idarə heyətinin üzvü Rəşad Həsənov Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət edib.

Rəşad Həsənov bildirib : “Biz hüquq-mühafizə orqanları ilə əlaqə saxlamışıq. Onlar deyirlər ki, Zaur Qurbanlını saxlamayıblar. Onda belə çıxır ki, Zaur oğurlanıb. Bu oğurluqdur. Oğurluqdursa, oğurluq faktını araşdırsınlar”.

Zaur Qurbanlının vəkili Anar Qasımov bildirib ki, şənbə-bazar iş günləri olmadığından məsələni aydınlaşdırmaq olmur.

Vəkil  əlavə edib : «Dünən Yasamal məhkəməsinə də getdim. Məhkəmənin sədr əvəzi rayon prokuroru ilə əlaqə saxladı. Dedilər ki, ya Binəqədi, ya da Abşeron məhkəməsinə aparıla bilər. Onlarla da əlaqə saxladım. Qeyri-iş günü olduğu üçün heç bir məlumat ala bilmədim».

SəhərTV

  • Yazılıb
  • da (də) 2012 Oct 01