Tarix : 2012 Oct 01
Kod 33094

YAP-ın gözləri aydın - “Xankəndi” istifadəyə verildi

“Xankəndi” aeroportu rəsmi olaraq istifadəyə verildi
/Aran Agentliyi

“Xankəndi” aeroportu rəsmi olaraq istifadəyə verildi

HaqqYolu -  Erməni mətbuatının verdiyi xəbərə görə, bu barədə məlumatı qondarma Dağlıq Qarabağ Respublikası yanında Mülki Aviasiya İdarəsi rəisi Dmitri Atbaşyan açıqlayıb.

Onun sözlərinə görə, artıq rəsmi olaraq sertifikat alınıb: “Bu həm aereportun beynəlxalq qaydalar uyğunluğunu və onun uçuşlara başlamaq hüququnu sübut edir”.

Xəbərdə bildirilir ki, sertifikat sentyabrın 28-də alınıb. Uçuşların başlanma vaxtı və qrafiki barədə isə hələ heç bir məlumat yoxdur.(aznews)

  • Yazılıb
  • da (də) 2012 Oct 01