Tarix : 2012 Oct 01
Kod 33095

Zərdüşt Əlizadə: “Gürcüstanda hər iki siyasi qüvvə avtoritardır”

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir
/Aran Agentliyi

Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir

HaqqYolu - Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Hələ əvvəldən keçiriləcək seçkilərin gərgin mübarizə şəraitində olacağı bildirilirdi. Üstəlik, son zamanlar Gürcüstanda məlum hadisələrdən sonra iki nazirin istefası da hakim partiyanın mübarizəsinə mənfi təsir edəcəyini də deməyə əsas verirdi.

Mövzuyla bağlı Deyerler.Org-a politoloq Zərdüşt Əlizadə münasibət bildirib: “Gürcüstanda kimin qalib gələcəyindən asılı olmayaraq, bu, bir faktdır ki, demokratiya Azərbaycandan bir qədər yaxşı inkişaf edib. Amma digər tərəfdən Saakaşvilinin avtoritar hakimiyyəti xalqın hüquqlarını bir çoxunu əlindən alıb və demokratik təsisatların bir çoxunu, xüsusilə məhkəmə hakimiyyətini özünə tabe edib. Amma o biri tərəfdən onu da etiraf etmək lazımdır ki, aşağı səviyyədə korrupsiyanı yığışdırıb, yuxarı səviyyədə korrupsiya qalır. Əlindən gələni edir ki, ölkəni inkişaf elətdirsin. Bir çox layihələr var, investorlar ölkəyə dəvət olunub, iqtisadi azadlıqlar var. Bir dənə pis cəhət odur ki, hər iki siyasi qüvvə avtoritardır. Sadəcə biri əgər Rusiya meyllidirsə, o birisi Qərbə meylidir. Heç biri Gürcüstanın həqiqi mənafeyini nəzərə almaq istəmir”.(deyerler)

  • Yazılıb
  • da (də) 2012 Oct 01