Rusiyanın Kirov şəhərində “İslam Birliyi” beynəlxalq elmi-praktik konfrans keçirilib
/Aran Agentliyi
Rusiyanın Kirov şəhərində “İslam Birliyi” beynəlxalq elmi-praktik konfrans keçirilib
HaqqYolu - Tədbirdə Rusiyanın və Azərbaycanın regionlarından olan müsəlman təşkilatlarının nümayəndələri və dini xadimlər iştirak ediblər.
Konfransın fəaliyyəti zamanı iştirakçılar hesabatlar veriblər. Hesabatda İslam birliyi ilə bağlı teoloqların mövqeyi əks olunub, müasir mərhələdə islam birliyinin vəziyyəti dəyərləndirilib, islam birliyinin möhkəmləndirilməsi üzrə müxtəlif təkliflər irəli sürülüb, Rusiya və Azərbaycan Müsəlman Təşkilatlarının fəaliyyətində bu prinsipin həyata keçirilmə yolları müzakirə olunub. Mərasim adəti üzrə Müqəddəs Qurandan ayələrin oxunması ilə başlayıb. Konfrans iştirakçılarını salamlayan tədbir təşkilatçısı Kamal İzzətov bu növ konfransların mütəmmadi olaraq keçirmək lazım olduğunu bildirib.
Konfransda Bakıdan gələn qonaq – Vicdan və Din Azadlığının Müdafiə Mərkəzinin rəhbəri hacı İlqar İbrahimoğlu ətraflı hesabatla çıxış edib.
Auditoriyanın diqqətini Vyat və Kirov vilayətlərinin müftisi Qabdunnura Kamaluddinin maraqlı çıxışları cəlb edib.
Bundan başqa, teoloq, Quranın tərcüməçisi hacı Nazim Zeynalovun, fəlsəfə elmlər doktoru Mail Yaqubun, Quranşunas-teoloq Fərid Abdulla, tarix elmləri namizədi İsmayıl Qibadulin və digərlərinin parlaq çıxışları yadda qalıb.(salamnews)