Tarix : 2012 Oct 02
Kod 33120

Rusiyada azərbaycanlı vəhabi dəstə həbs olundu

Dəstənin üzvləri radikal dini qruplaşma olan vəhhabilərdən ibarət olub
عادلی/Aran Agentliyi

Dəstənin üzvləri radikal dini qruplaşma olan vəhhabilərdən ibarət olub

Rusiyada narkotik alveri ilə məşğul olan azərbaycanlılar həbs olunublar.

 “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hüquq mühafizə orqanlarının əməliyyata cəlb olunmasından sonra heroin alveri ilə məşğul olan dəstəni yaxalamaq mümkün olub.

Dəstənin üzvləri radikal dini qruplaşma olan vəhhabilərdən ibarət olub və onlar narkotik satışını müxtəlif şəhərlərdə həyata keçiriblər.

Dəstənin təşkilatçılarından biri isə heroin satmağa cəhd edərkən şəhərin mərkəzində xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

  • Yazılıb
  • da (də) 2012 Oct 02