Tarix : 2012 Oct 02
Kod 33124

Bakıda Nizami Gəncəvi müsadirə edilərək, şəxsiyyəti təhrif edilib

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bazar ertəsi günü oktyabrın birində Bakıda ...
/Aran Agentliyi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bazar ertəsi günü oktyabrın birində Bakıda “ Nizami Gəncəvinin Təvəllüdünün 870-ci İldönümü Mərasimi” adlı bir toplantı keçirərək, tanınmış bu “Farsca Şer Söyləyən” şairi müsadirə edərək, onun ədəbi şəxsiyyətini təhrif etdi.

Bakı medialarının verdiyi məlumata görə UNESCO, Türkiyə, Misir, Qazaxıstan və bir neçə Avropa ölkəsindən qonaqlar olan bu mərasimdə Nizami Gəncəvinin “Farsca Şer Söyləyən” şair olduğuna və bu dəyərli şairin şəxsiyyətinin ən mühüm cəhəti yəni fars dilində şerlər söyləməsi görməməzliyə vurulub və yalnız Nizaminin Gəncə şəhərində anadan olduğuna təkid edilib. Bu mərasimdə Gəncəvinin təvəllüdü və həyatı zamanı Gəncə şəhərinin İran ərazisinin bir hissəsi olduğu üzrə həqiqətə də heç bir işarə edilməyib.

Azərtac Xəbər Agentliyinin verdiyi məlumata görə Bakının Heydər Aliyev Zalında keçirilmiş bu mərasimdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəzl Qarayev vurğulayıb ki, bu mərasimin keçirilməsi üzrə fərman 2011-ci il dekabrın 23-də İlham Əliyev tərəfindən verilibdir.

Azərtac öz xəbərində bildiribdir ki, ötən il də Azərbaycan Respublikasının “ Birinci Xanımı” Mehriban Əliyevanın təşəbbüsü ilə Avropada ilk dəfə olaraq, Nizami Gəncəvinin heykəli İtaliyanın Roma şəhərində bərpa edilib və Nizami Azərbaycan Respublikasını şairi kimi təqdim edilib!

Azərbaycan Respublikasının baş nazirinin müavini Elçin Əfəndiyev də bu mərasimdə deyib:” 30 il öncə də Nizami Gəncəvinin təvəllüdünün 48-ci ildönümü mərasiminin keçirilməsi yalnız Heydər Əliyevin səyi və nüfuzu ilə mümkün oldu”.

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 Oct 02