Bu gün Azərbaycan İslam Partiyasının mərkəzi qərargahında qurumun idarə heyətinin ümumi toplantısı keçirilib
/Aran Agentliyi
Bu gün Azərbaycan İslam Partiyasının mərkəzi qərargahında qurumun idarə heyətinin ümumi toplantısı keçirilib
HaqqYolu - Toplantıda Gülər Əhmədovanın məlum olayı ilə bağlı da müzakirələrin aparıldığını bildirən Elçin Manafov, baş verən hadisənin Azərbaycan üçün utancverici hal olduğunu söylədi
Bu gün Azərbaycan İslam Partiyasının mərkəzi qərargahında qurumun idarə heyətinin ümumi toplantısı keçirilib. Bu barədə FaktXeber.com-a AİP-in sədr əvəzi Elçin Manafov məlumat verib. Partiya sədrinin bildirdiyinə görə toplantı da ölkə gündəmində olan əsas mövzular müzakirə edilib: “Toplantıda Gülər Əhmədovanın məlum olayı, 29 sentyabrda AİP-in Fransa səfirliyi qarşısında keçirilən aksiya barədə müxtəlif fikirlər səsləndirildi. Keçirdiyimiz aksiyanı təqdir və tənqid edən fikirlər səsləndirirdilər. Toplantı iştirakçıları tərəfindən tənqidlərlə bağlı müxtəlif təkliflər səsləndirildi və gələcək aksiyalarda deyilənlərin nəzər alınacağı bildirildi.”
Gülər Əhmədovanın məlum olayı ilə bağlı da müzakirələrin aparıldığını bildirən Elçin Manafov, baş verən hadisənin Azərbaycan üçün utancverici hal olduğunu söylədi.
Toplantıda müxtəlif bəyanatlar səsləndirilib.(faktxeber)