Tarix : 2012 Oct 02
Kod 33131

Təbrizdə ''İslamçılar Şer Festivalı''

Azərbaycan Respublikası islami hərəkətinin şəhid və mücahidlərinin anma və İslamçılar Şeri Festivalının bağlanış mərasimi Təbrizdə seçilən əsərlərin müəlliflərinin mükafatlandırılması ilə keçirilir
/Aran Agentliyi

Azərbaycan Respublikası islami hərəkətinin şəhid və mücahidlərinin anma və İslamçılar Şeri Festivalının bağlanış mərasimi Təbrizdə seçilən əsərlərin müəlliflərinin mükafatlandırılması ilə keçirilir.

Şərqi Azərbaycan ostanında İslam İnqilabı Mədəniyyət Cəbhəsi Mütaliələr ofisinin ictimai əlaqələr şöbəsinin verdiyi məlumata görə, bu proqram Azərbaycan Respublikası və İran İslam Respublikası mədəniyyət fəalları və şairlərinin iştirakı ilə Təbrizin 29 Bəhmən Mədəniyyət-İncəsənət sarayında keçirilir.

Bu proqramda Azərbaycan Respublikasında islami hərəkət təhlil olunmaqla yanaşı İslamçılar Şer Festivalında seçilən əsərlərin müəllifləri mükafatlandırılır.

İslamçılar Şer Festivalında türkcə və farsca iki hissədə münsiflər heyəti əsərləri araşdırıb və hər bir hissədə üç əsər seçilərək mükafatlandırılacaq.

Bu festivalda irəli sürülən məsələlər, “Hicab və hicab qadağasına etiraz edən məhbuslar”, “Azərbaycan Respublikası xalqı arasında Əhli-Beytin (ə) yeri”, “Müqəddəs abidələr və imamzadaların rolu”, “Qarabağ, islamın bədəninin parçası”, “Xumeyniçilər, qəriblikdə mücahidlik”, Azərbaycan Respublikasında məhərrəmlik və Aşura”, “İslamçı cərəyanın rəhbərləri, şəhid Şeyx Əbdülqəni Badkubeyidən Hacı Əlikram və cənab Səmədova qədər”, “Azərbaycan islami oyanış şəhidləri”, “Azərbaycan Respublikasında İsrailofobiya” və “Azərbaycan Respublikası xalqında İslam İnqilabının təsiri”dir.

 

  • Yazılıb
  • da (də) 2012 Oct 02