Tarix : 2012 Oct 02
Kod 33132

İƏT bir daha Ermənistanı qınadı

Nyu Yorkda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin illik iclasında Dağlıq Qarabağ münaqişəsi barədə bir sənəd imzalanıb
/Aran Agentliyi

Nyu Yorkda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin illik iclasında Dağlıq Qarabağ münaqişəsi barədə bir sənəd imzalanıb.

AzərTacın verdiyi məlumata görə bu sənəd Ermənistanın Azərbaycan Respublikasına təcavüzü pislənib və BMT manifesti və hüquqları ilə zidd olduğu təsdiqlənib.

Bu sənəddə həmçinin deyilir ki, münaqişə Azərbaycan Respublikasının hakimiyyəti və ərazi bütövlüyü hüquqlarına əsasən olmalıdır və tezliklə beynəlxalq hüquq normalarına əsasən bu problem həll edilməlidir.

Sənəddə həmçinin işğal olunmuş ərazilərdə ciddi coğrafi dəyişikliklərin aparılmasından və mədəni irslərin məhvindən də nigarançılıqlar elan edilir.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr işğal olunmuş ərazilərdə insan haqları və beynəlxalq hüquqlara riayət olunmasını tələb edirlər

  • Yazılıb
  • da (də) 2012 Oct 02