Tədbirdə Nizami Gəncəvinin farsca şer söyləməsinə işarə edilməyib və dahi şairin şəxsiyyətindən sonra ən önəmli olan, yəni fars dilində söylədiyi şerlər görməməzliyə vurulub.
گ/Aran agentliyi
AranNews - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bazar ertəsi günü 1 oktyabrda Bakıda "Nizami Gəncəvinin 870 illik Yubleyi" adlı bir tədbir keçirərək, “Farsca Şer Söyləyən” tanınmış şairi məqsədyönlü şəkildə müsadirə edərək, onun ədəbi şəxsiyyətini təhrif edib.
Bakı medialarının verdiyi məlumata görə UNESCO, Türkiyə, Misir, Qazaxıstan və bir neçə Avropa ölkəsinin nümayəndələrinin qatıldığı bu mərasimdə Nizami Gəncəvinin “Farsca Şer Söyləyən” şair olmasına və bu dəyərli şairin şəxsiyyətinin ən önəmli cəhəti, yəni fars dilində şerlər söyləməsi görməməzliyə vurulub və yalnız şairin Gəncə şəhərində anadan olmasına təkid edilib. Bu mərasimdə Gəncəvinin təvəllüdü və həyatı zamanı Gəncə şəhərinin İran ərazisinin bir hissəsi olduğu üzrə həqiqətə də heç bir işarə edilməyib.
"Azərtac"-ın verdiyi məlumata görə Bakının Heydər Əliyev Zalında keçirilmiş bu mərasimdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəzl Qarayev vurğulayıb ki, bu mərasimin keçirilməsi üzrə fərman 2011-ci il dekabrın 23-də İlham Əliyev tərəfindən verilmişdir.
"Azərtac" öz xəbərində artırıb ki, ötən il də Azərbaycan Respublikasının “Birinci Xanımı” Mehriban Əliyevanın təşəbbüsü ilə Avropada ilk dəfə olaraq, Nizami Gəncəvinin heykəli İtaliyanın Roma şəhərində ucaldılıb və Nizami Azərbaycan Respublikasının şairi kimi təqdim edilib.
Azərbaycan Respublikasının baş nazirinin müavini Elçin Əfəndiyev bu mərasimdə deyib: "30 il öncə də Nizami Gəncəvinin təvəllüdünün 48-ci ildönümü mərasiminin keçirilməsi yalnız Heydər Əliyevin səyi və nüfuzu ilə mümkün oldu".