“Röyter” agentliyi sionist rejimin İrana hücum etməsi ehtimalını təhlil etmiş və hücumda ABŞ-ın dəstəyi olmayacağı surətdə İsrailin elitasının və ictimai səthinin qorxuya düşməsinindən yazmışdır
گ/Aran agentliyi
AranNews - “Röyter” agentliyidə gedən məqalənin müəllifi belə bir sual ortaya qoyur:“Hətta, Vaşinqtonun dəstəyi olmasaydı belə İsrail tənhadırmı?”
“Röyter” agentliyi Azərbaycan ordusundan məlumatı qaynaqlara istinadən yazır ki, bu ölkə sionist rejiminə kömək üçün hərbi hava bazalarından və kəşfiyyat təyyarələrindən istifadə yollarını müzakirə edib. Müəllif bildirir ki, Bakı dövlətinin hərbi qüdrətini Netanyahunun Vaşinqtondan gözlədiyi diplomatik çevrəsi ilə müqayisə ediləsi deyil. Lakin hər bir müharibədə tərəfin zəif nöqtələrinə diqqət etməklə İsrailin Azərbaycandan təyyarələrin yanacaq doldurmasına, kəşfiyyat əməliyyatlarına və heyət üzvlərinin xilas olunmasına dəstək alsa, bu ittifaq Netanyahunu ABŞ-ın köməyi olmadan da İrana qarşı hücum əməliyyatlarına başlamağa təhrik edə bilər.
Məqalədə daha sonra deyilir: “Azərbaycan və İsrail tərəflərinin rəsmi təkziblərinə baxmayaraq xidməti personaldan aldıqları məlumatlara əsaslanan istefada olan iki azərbaycanlı keçmiş zabit və rus kəşfiyyatındakı iki mənbə ”Röyter"ə bildirir ki, Azərbaycan və İsrail Azərbaycan bazaları və kəşfiyyatından İrana qarşı mümkün əməliyyatlarda necə istifadə oluna biləcəyinə dair müzakirələr aparıblar. “Təyyarələr haradan qalxacaq, harada enəcək - bütün bunlar hazırda planlaşdırılır” - deyə Bakıdan Azərbaycanın hərbi çevrələrində əlaqələri olan təhlükəsizlik məsələləri üzrə məsləhətçi bildirir və əlavə edir: “İsraillilər istəyir ki, Azərbaycanın hərbi bazalarına çıxış imkanı əldə etsinlər”.
“Röyter” agentliyi öz geniş araşdırmasında digər mövzulara da toxunur və sionst rejimin İrana həmlə edəcəyinin mümkün olacağı surətdə bu rejimlə Azərbaycan arasında əməkdaşlıq olacağını yazır. Bu əməkdaşlığın ən önəmli mövzusu ikitərəfli kəşfiyyat və İsrail qüvvələrinin Azərbaycan ərazisindən nicat əməliyyatlarıdır.
Hər halda Bakı rəsmiləri indiyə kimi sionist rejimlə xüsusi mövzularda, əsasən də İranla bağlı məsələlərdə əməkdaşlığı inkar etsələr də bu ölkənin sionistlərlə yaxın münasibətlərinin İranın milli təhlükəsizliyinə mənfi təsir göstərməsi dəfələrlə təhlilçilər tərəfindən vurğulanmışdır.