''Bu məsələlərə həm İranın Məhkəmə Hakimiyyətinin Beynəlxalq Əlaqələr Bölməsində, həm də İranın Ədliyyə Nazirliyində baxılır''
/Aran Agentliyi
"Bu məsələlərə həm İranın Məhkəmə Hakimiyyətinin Beynəlxalq Əlaqələr Bölməsində, həm də İranın Ədliyyə Nazirliyində baxılır"
HaqqYolu - "İRİB"-in verdiyi məlumata görə, İran İslam Respublikasının Məhkəmə Hakimiyyətinin sözçüsü Mohseni Ejeyi İranın Ədliyyə Nazirliyi vasitəsi ilə "Səhər" Beynəlxalq Telekanalının Bakıdakı müxbiri Anar Bayramlının azad edilməsinin mümkün olduğunu açıqlayıb. Mohseni Ejeyi bazar ertəsi günü Tehranda təşkil olunan mətbuat konfransı zamanı bildirib ki, "Səhər" telekanalının müxbirinin Azərbaycan Respublikasında dini mövzular barədə xəbərləri işıqlandırdığına görə narkotik maddələr üzrə puç ittihamlarla həbs edilib.
Qeyd edək ki, İranın dövlət rəsmisi mətbuat konfransı zamanı daha sonra bunları deyib: ”Bu məsələlərə həm İranın Məhkəmə Hakimiyyətinin Beynəlxalq Əlaqələr Bölməsində, həm də İranın Ədliyyə Nazirliyində baxılır. Əgər indiyə qədər bir iş görülməyibsə, mütləq xəbər versinlər.
faktxeber