Bir neçə gün öncə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayı keçirildi
/Aran Agentliyi
Bir neçə gün öncə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayı keçirildi. Bu qurultayda gözlənildiyi kimi baş nazir Rəcəb Tayyib Ərdoğan yenidən partiyanın başqanı seçildi.
Artıq 11 ildir ki, Türkiyə hökumətini idarə edən bir şəxsin yenidən partiya başqanı olması Türkiyə siyasətinə hansı təsirlər qoyacaq?
Deyerler.Org-un sualını politoloq Elxan Şahinoğlu cavablandırıb: “Ərdoğan Türkiyədə demokratik ənənənin başlanğıcını qoydu. Yəni üç dəfə bir şəxs millət vəkili olubsa, bir müddət ara verməlidir. Sonradan həmin şəxsin namizədliyi irəli sürülə bilər. Bu, o deməkdir ki, bu qurultay Ərdoğan üçün sonuncu qurultay oldu. Doğrudur o, sədr seçildi. Amma artıq yuxarıdakı qaydaya görə, Ərdoğan millət vəkili olmayacaqsa, baş nazir də olmayacaq. Bu, bir demokratik ənənənin başlanğıcıdır. Amma məsələnin başqa tərəfi də var ki, iki ildən sonra Türkiyədə prezident seçkiləri olacaq. Böyük ehtimalla Ərdoğanın prezidentliyə namizədliyi irəli sürülə bilər. Hazırda prezident Abdullah Güldür və o, yenidən seçiləcək. Amma düşünürəm ki, onların arasında razılaşma olacaq. Yəni Ərdoğanın gələcəkdə partiya sədrliyindən getməsi və millət vəkili olmaması o demək olmayacaq ki, Ərdoğan Türkiyə siyasətindən uzaq düşəcək”.
Deyerler.Org