Zərdüşt Əlizadə: ''Gürcü xalqının demokratikliyinə olan inam möcüzələr inama bənzəyir''
/Aran Agentliyi
Zərdüşt Əlizadə: "Gürcü xalqının demokratikliyinə olan inam möcüzələr inama bənzəyir"
HaqqYolu - Gürcüstanda keçirilən parlament seçkilərində ölkə müxalifəti qalib gəldi. Hansı ki, Saakşavili hakimiyyəti müxalifət olaraq bir il bundan öncə fəaliyyətə başlamışdı. FaktXeber.com-un “necə olur ki, Gürcüstanda 2 dövr ardıcıl olaraq müxalifət xalqı ayağa qaldırıb hakimiyyət dəyişikliyi yarada bilirlər, - sualını cavablandıran politoloq Zərdüşt Əlizadə maraqlı fikirlər səsləndirdi. Politoloq qeyd etdi ki, Azərbaycan hakimiyyətində olan imkanlar Saakaşvili də yoxdur: “Gürcüstan Azərbaycanın sahib olduğu maddi imkanlara yiyələnsəydi, şübhəsiz Saakaşvili gürcü xalqını Azərbaycan xalqının vəziyyətinə salacaqdı. Azərbaycanın malik olduğu neft və qaz pulları imkan verir ki, hakimiyyətdə güclü korrupsiyalaşmış təbəqə yaratsın. Eyni halda masanın üzərində qalan qırıntıları əhalinin qabağına atırlar ki, yeyib razı qalsınlar. Gürcüstanda isə bu cür maddi imkanlar yoxdur. Gürcüstanda siyasətə milyarder gələndə kasıb təbəqə fikirləşdi ki, yəqin həmin pullardan mənə də bir pay çatar. Ona görə də tez qaçıb həmin bloka səs verdilər. ”
Demokratiyanın sırf siyasi qüvvələrin oyunu olduğunu bildirən Zərdüşt bəy, “demokratiya ABŞ, İngiltərə və digər ölkələrdə böyük biznesə bağlı siyasi qüvvələr arasında olan bir oyundur. Azərbaycanda isə bu yoxdur. Ona görə ki, ölkə biznesi bir dəstə hakim zümrənin əlindədir. Gürcüstanda isə hakim zümrənin o, qədər imkanı yox idi ki, ölkəni inhisara götürsün. Ona görə də Gürcüstan əhalisi milyarderə səs verərək onu qalib etdilər. Gürcü xalqının demokratikliyinə olan inam möcüzələr inama bənzəyir. Biz, gürcülər və ermənilər bir regionda yaşamışıq və hamımız sovet xalqları hesab edilirik. Eyni halda eyni siyasi mədəniyyət daşıyıcılarıyıq. Ona görə də demək olmaz ki, gürcülərdə demokratiya var, bizdə yoxdur. Sadəcə demokratiyanı boğmaq üçün Azərbaycanın malik olduğu pul imkanlarına, Saakaşvili malik deyil.