/Aran Agentliyi
Bu barədə Vüqar İsmayılov xəbər verir
HaqqYolu - AİP Lənkəran Rayon təşkilatının ötən ayın yekunlarına dair toplantısı keçirilmişdir.
Toplantıda yerli komitənin sədri İlham Hacıyev çıxış edərək ölkədə ictimai-siyasi vəziyyət, təşkilatın son bir ayda həyata keçirdiyi tədbirlər barədə məlumat verdi. Natiq ilk növbədə insan cildinə girmiş şeytanların ABŞ-da, Fransada əziz Peyğəmbərimizə qarşı törətdikləri fitnəkarlıqları kəskin tənqid etdi. Eyni zamanda o bildirdi ki, bölgədə bəzi yerli məmurlar adət-ənənəmizə yaraşmayan, islam əxlaqına və deməli hər bir müsəlmanın, xüsusən də hər bir yeniyetmənin mənəvi tərbiyəsinə, dünyagörüşünə mənfi təsir göstərə bilən addımlar artır, müxtəlif şouların düzənlənməsinə rəvac verirlər. Belə hallara qarşı etirazımıza və digər insanların, möminlərin etirazına qarşılıqlı dəstək təqdir olunandır.
İ.Hacıyev onu da qeyd etdi ki, yerli təşkilat artıq ayrı-ayrı kəndlərdəki islamçılarla, sadə insanlarla görüşlər keçirmiş, partiyanın gənclərə olan etimadını onlara çatdırmaqla daha fəallaşmaları tövsiyə olunmuşdur. Seyidəkəram kəndinin möminləri ilə özək təşkilatı barədə müzakirələr aparılmış, İstisu qəsəbəsində İmam Rza (ə)-in mövludu bayram tədbirində həmrəylik nümayiş etdirilmişdir.(islaminsesi)