Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib, yaralılar xəstəxanaya aparılıb
g/Aran agentliyi
Azərbaycanda orta məktəblərdə hicab qadağasına etiraz əlaməti olaraq Təhsil Nazirliyi qarşısında aksiya keçirilib. Aksiya zamanı 200-dən çox inanclı "Hicaba Azadlıq", "Misir Kafir", Hicabı qanımızla müdafiə edəcəyik" və başqa şüarlar səsləndirilib. Hicab qadağasına etiraz edən dindarlarla Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə imkan verməyən polis əməkdaşları arasında qarşıdurma yaşanıb. Polislə qarşıdurmada dindarlar əllərində plakatların taxtaları ilə müdafiə olunublar. Hər iki tərəfdən müxatəlif növ bədən xəsarətləri alanlar olub. Aksiya iştirakçılarını dağıtmaq üçün əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları, Dövlət Yol Polisinin əməkdaşları, o cümlədən Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı cəlb olunub.
Hadisə yerindən xəbər verən müxbirimizin məlumatına əsasən, aksiyada iştirak edən dindarlardan təxminən 70 nəfər həbs olunub. Həbs edilənlər Nərimanov Rayon Polis İdarəsinin bölmələrinə aparılıb.(faktxeber