g/Aran agentliyi
Halhazırda Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirilir.
12:24
İnanclılar "Hicaba azadlıq!", "Hicab azadlığı, vicdan azadlığı!", "Hicab bizim namusumuz, qeyrətimizdir!", "Təhsildə rüşvətə yox, hicaba hə!", "Hicab qadının başını örtür, ağlını yox!" şuarları səsləndirirlər.
12:21
Polislər mediya nümayəndələrinin işinə mane olurlar. Belə ki, əynində "PRESS" sözü yazılmış jilet olan və jurnalist vəsiqəsi daşıyanlara qazla müdaxilə edilərək hadisəni işıqlandırmağa mane olurlar.
İslamazeri.az İnternet Qəzetinin müxbiri də qazdan təsirlənib və halı pisləşib.
12:17
Polis və mülki geyimli şəxslər tutulduqdan sonra müqavimət göstərməyən etirazçılara belə amansızlıqla xəsarət yetirir.
12:11
Artıq əraziyə çox sayda polis qüvvələri gətirilib, yollar bağlanılıb. Polis irihəcmli dəyənəklərlə dindarlara xəsarət yetirir. Yaralananlar var.
Mülki geyimlilər ərazidə olan hər hansı insanı tutub patrul maşınlarına aparırlar.
12:05
Aksiyanı dindarların təşkil etdiyi bildirilir.
Polis artıq etirazçılara müdaxilə etməyə başlayıb.
Həmçinin, çox sayda mülki geyimli şəxsələr də inanclıları vurmağa başlayıblar.(islamazeri)