Azərbaycanlı ziyalılar Təbriz universitetlərinin elmi vəziyyəti ilə tanış olduqdan sonra hamılıqla qərbin İranın elmi tərəqqisinə mane ola bilməyəcəinə təkid etdilər
g/arannews
AranNews - Şərqi Azərbaycanın Elm və Tədqiqat Universitetinin sabiq rektoru doktor Cavanpur Azərbaycan Respublikasının universitetlərinin elmi heyətinin yola salma mərasimində müxbirlərə müsahibəsində özünün rektor olduğu dövrdə Azərbaycan Respublikası universitetlərinin elmi heyətinin Təbrizin Elm və Tədqiqat Universitetinə dəvət edilməsinə işarə edərək deyib: "Bakı Dövlət Universitetinin tanınmış tarixçisi professor Atamoğlan Məmmədov, coğrafiya ixtisası üzrə görkəmli müəllimi doktor Aydın Qarabağlı və Ziyalılar Formunin sədri Eldəniz Quliyevin qatıldığı üç nəfərlik heyət bazar ertəsi günü (1 oktyabr) Təbizə gəldilər və cümə axşamı günü (4 oktyabr) bir sıra elmi və media konfranslarında iştirak etdikdən sonra Bakıya qayıtdılar".
Təbriz Universitetinin müəllimi Azərbaycanın elmi heyətinin Təbrizə səfərinin məqsədini açıqlayaraq deyib: "Bəlkə də dünyada Azərbaycan Respublikası və İran İslam Respublikası qədər ortaqlıqları olan başqa bir ölkə yoxdur. Hər iki ölkə tarix, mədəniyyət, din, dil, adət-ənənə, ictimaiyyət və s. kimi önəmli ortaqlıqlara malikdir. Lakin, bir müddət kommunistlərin hakimiyyəti və İran İslam Respublikasının düşmənlərinin səyləri nəticəsində hal-hazırda iki ölkə arasındakı münasibətlərin səviyyəsi qənaətbəxş deyil. Ona görə də belə nəzərə gəlir ki, bu münasibətlərin gücləndirilməsi üçün universitetlərin, elm adamlarının bu yönümdə müsbət addım atmaları və medianın hər iki ölkəni Azərbaycan və İran xalqına tanıtmaları ən önəmli həll yollarındandır. Azərbaycan tərəfinin elmi heyətinin səfəri də bu məqsədlə olmuşdur və onlar İranın, xüsusilə də Təbrizin elmi tərəqqisini müşahidə etmək, bu şəhərin universitetlərlə və universitet adamları ilə tanış olmaqla yanaşı, bizim dostluq mesajımızı və ikitərəfli münasibətlərin genişləndirilməsinə dəvətimizi Azərbaycanın universitet adamlarına çatdıracaqlar".
Doktor Cavanpur müsahibəsinin davamında Azərbaycanın elmi heyətinin qatıldığı bir sıra iclas və görüşləri sadaladı və onlardan Şərqi Azərbaycanın Elm və Tədqiqat Universitetinin elmi heyəti ilə birgə iclas, Təbriz Cihad Universitetinin rəisi ilə iclas, Sonsuzluğun Müalicəsi Mərkəzi və Külək-Günəş turbinləri Mərkəzi ilə tanışlıq, Cihad Universitetinin təqdiqatçılarının ixtiraları ilə tanışlıq, Təbriz Kitab və Mətbuat Beynəlxalq Sərgisinə baxış, universitet müəllimləri və münavinlərinin iştirakı ilə keçirilən birgə iclas, jurnalistlərilə müsahibə, Şərqi Azərbaycan Televiziya və Radio Şirkətində iştirak, Təbrizin sərhəddən xaric radiosuna müsahibə, "Məhdi Azadi" Mətbuat və Nəşriyyat müəssisəsi ilə tanışlıq, Təbriz Azad İslam Universitetinin rektoru və müəllimləri ilə birgə iclas, Aran Beynəlxalq Mədəniyyət və Araşdırmalar İnstitutunun idarə heyəti, məsulları və işçi qrupu ilə birgə iclas, Səttarxanın evinə baxış, Qafqaz regionunda "İnsan haqlarının Araşdırılması" konfrasında iştirak, Təbrizin tarixi və mədəni əsərləri, o cümlədən şairlərin məqbərələri və məşrutiyyə muzeyinə baxışı elmi heyətin ən önəmli proqramlarından olduğunu bildirdi.
Aran İnstitutunun elmi heyətinin üzvü doktor Cavanpur daha sonra bu səfərin müsbət təsirlərinə və birgə iclaslardakı gedən söhbətlərdən tezliklə açıqlama veriləcəyinə işarə edərək azərbaycanlı ziyalıların söhbətlərinin ən mühüm mövzularına işarə edib:
1. İrana səfərdən sevinc duymaları.
2. İki ölkənin tarixi, mədəni və dini ortaqlıqlarına təkid.
3. Peyğəmbəri-əkrəmə (s) hörmətsizlik edilməsindən narahat olmaları.
4. Qarabağ müharibəsi zamanı İranın Azərbaycana hərtərəfli köməklərinin böyük sanılması.
5. Qarabağ münaqişəsinin həllində İrandan istifadə etmək.
6. Qarabağın geri alınması üçün İranın şücaətli gənclərindən örnək götürülməsinə təkid.
7. Minsk qrupunun Qarabağ böhranının həlli istiqamətindəki addımlarının nəticəsiz qalması.
8. Sionist rejimin cinayətlərinə nifrət.
9. Təbriz universitetlərinin kəmiyyət və keyfiyyət baxımından genişlənməsindən heyrətlənmələri və sevinmələri.
10. İran və Azərbaycanın universitetlərinin həmkarlıq etmələrinə təmayül.
11. Azərbaycanın alim və ziyalılarının məqalələrinin İran nəşriyyatlarında çap edilməsinin istənilməsi.
12. İranın zəngin elmi potensialı olduğundan onun elmi tərəqqisinə mane olmağın mümkünsüzlüyünü.
13. Təbriz gənclərinin kitab və kitabxanaya geniş marağından təəccüb.
14. İran-Azərbaycan münasibətlərini korlamağa çalışmağa maraqlı olanların varlığı, o cümlədən sionist rejimin İranla düşmənçiliyi.
15. Sonistlərin İran-Azərbaycan münasibətlərinin genişlənməsindən narahatlığının vurğulanması.
16. İki ölkə universitetlərinin hər iki ölkə xalqını bir-birlərinə dəqiq tanıtmaqda rolu.
17. İki ölkə arasındakı mövcud problemlərin araşdırılması və bunun elmi və məntiqi surətdə aradan qaldırılmasına çözüm yolunun ortalığa qoyulması məqsədilə Aran İnstitutu kimi mərkəzlərin artırılmasına təkid.
18. Azərbaycanın gənclərinin hər gün mənəviyyata artan təmayülü barədə bəhs.
19. Birgə incəsənət əsərlərinin yaradılması.
20. İranın sülhməramlı nüvə enerjisindən istifadə haqqına təkid.
21. Bu səfərin təsirli olması və İran əleyhinə olan bəzi mənfi təbliğatların onların zehnində aradan qalxması.
Həmçinin, çoxlu digər mövzular.
Doktor Cavanpur müsahibəsinin sonunda deyib: "Azərbaycan Respublikasının xalqı, əsasən də ölkənin elitası, dərin tarixi, mədəni, dini və dil və s. ortaqlıqlarına görə İranı ürəkdən sevirlər. Lakin uzun illər boyu Azərbaycanda İran əleyhinə təbliğat aparıldığından bəzi mövzularda İrana qarşı qaranlıq zehni fəza hökm sürsə də onların İrana səfərindən sonra bu təbliğatların İrana qarşı düşmənçilik üzündən olmasını başa düşürlər. Azərbaycanlı heyət də Təbrizin müxtəlif universitetlrində iştirak etdikləri iclaslarda bu məsələni vurğuladılar və Təbriz universitetlərinin vəziyyətinə qibtə etdiklərini bildirdilər".
Qeyd edək ki, Azərbaycanın elmi heyətinin Tərizə səfəri ilə bağlı xəbərlər ardıcıl olaraq yayılacaq.