Tarix : 2012 Oct 05
Kod 33180

İctimai Palata paytaxtda yürüş keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib

İctimai Palata (İP) paytaxtda yürüş keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
g/Aran agentliyi

 

İP-in katibi Gülağa Aslanlının verdiyi məlumata görə, aksiyanın keçirilməsi ilə bağlı rəsmi müraciət bu gün İcra Hakimiyyətinə təqdim olunub. Məktubda İP-in oktyabrın 13-də saat 16.00-dan 18.00-a qədər olan müddətdə Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirəcəyi göstərilib.

G. Aslanlı qeyd edib ki, yürüşdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələb olunacaq.(apa) 

  • Yazılıb
  • da (də) 2012 Oct 05