Tarix : 2012 Oct 05
Kod 33181

Cinayət işi açıldı, 71 nəfər həbs olundu

Azərbaycan Təhsil Nazirliyi qarşısında keçirilən aksiyada 71 nəfər tutulub
g/Aran agentliyi

 

Hadisə ilə bağlı cinayət işi başlanıb. Bakıda keçirilən aksiyada həbs edilənlərin sayı açıqlanıb. Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, qanunsuz aksiyada iştirak edərək, şəhərin mərkəzində ictimai asayişi pozduğuna görə 71 nəfər tutulub. Həmin şəxslər Nərimanov Rayon Polis İdarəsində saxlanılırlar.

Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, bu gün bir qrup dindar Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə plakatlar qaldırıb, şüarlar səsləndiriblər.(apa) 

  • Yazılıb
  • da (də) 2012 Oct 05