Tarix : 2012 Oct 05
Kod 33182

''İslamçılar'' şer festivalı Azərbaycanın şiələrinin dəstəklənməsində yeni hərəkətdir

''Belə tədbirlərin keçirilməsi Azərbaycan şiələrinin mənəviyyatına kömək etməkdən əlavə, Azərbaycan və İran xalqının münasibətlərinin möhkəmlənməsinə kömək edə bilər''.
g/Aran agentliyi

 

AranNews - Qaynağımızın İslam İnqilabı Mədəni Araşdırmalar Cəbhəsinin ictimai əlaqələr şöbəsinə istindala verdiyi məlumatına əsasən, "İslamçılar" şer festivalı və Azərbacan Respublikası İslam hərəkatının şəhid və mücahidlərinə həsr edilmiş mərasim çərşənbə günü 29 Bəhmən incəsənət-mədəniyyət kompleksində keçirlmişdir. İran və Azərbaycanın şairlərinin iştirak etdikləri bu əzəmətli mərasimdə Aran-Ərdəbil radiosunun müdiri Məhəmməd Qazidehi şer və ədəbiyyat dilini Azərbaycan ölksəinin şiələrinin dəstəklənmsi üçün ən önəmli və təsirli vasitə olduğunu bildirdi. Qafqaz məsələləri üzrə tədqiqatçı Azərbaycanın dini vəziyyətinə və azərbaycanlı dindarların, o cümlədən doktor Mövsüm Səmədov, hacı Abgül Süleymanovun dini etiqadları müdafiə etdiklərinə görə həbs olunmalarına işarə edərək deyib: "Bu günləri bütün dünyada islami oyanışın şahidiyik və Ali Məqamlı Rəhbər də bu barədə geniş çıxış etmişdir".

Aran radiosunun müdiri Azərbaycanın tarixi keçmişinə işarə edərək deyib: "Tarix boyu çoxlu alim və müctəhidlərin bu ölkədə geniş fəaliyyət və rolu olmuşdur. Azərbaycanın müstəqilliyindən sonra da hacı Əlikram kimi şəxslər İslam partiyası yaratmaqla bu ölkədə şiəçiliyin təməlini möhkəmləndirmək istiqamətində addım atdılar". O, həmçinin araşdırmaların bu ölkədə dini təmayülün artmasından və Azərbaycandakı müqəddəs dini məkanların dini inancların daha da dərinləşməsində təsirli rolu olmasından xəbər verdiyini vurğulamışdır.

Aran-Ərdəbil radiosunun müdiri Azərbaycan şiələrinin qarşılaşdığı çoxlu problemlərdən danışmış və Azərbaycanın din siyasətinin həqiqi İslamı bu ölkədə boğmaq olduğunu və bu məqsədinə yetmək üçün Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarda İş üzrə Dövlət Komitəsindən də sui-istifadə edilməsini bildirmişdir. O həmçinin Azərbaycanın bəzi dairələrinin islamçıları İrana nisbət vermək təbliğatına toxunaraq deyib: "Azərbaycanlı şiələrin şiəçiliyə bağlılığı yerlidir və onların əlaqəsi təqlid mərcələrinin İranda olması üzündən mənəvi bir əlaqədir".

Qazi daha sonra Qarabağ müharibəsi dövründə İranın Azərbaycana hərtərəfli köməyinə də toxuaraq deyib: "Bu köməklər hələ də davam edir".

Aran-Ərdəbil radiosunun müdiri sonda "İslamçılar" şer festivalının təşkilatçıları və iştirakçılarına təşəkkür edərək şer dilini Azərbaycanın şiələrinin dəstəklənməsində ən faydalı vasitələrdən biri adlandırıb: "Belə tədbirlərin keçirilməsi Azərbaycan şiələrinin mənəviyyatına kömək etməkdən əlavə, Azərbaycan və İran xalqının münasibətlərinin möhkəmlənməsinə kömək edə bilər".

Bu xəbərə əsasən, tədbirin sonunda "İslamçılar" şer festivalının qalibləri mükafatlandırılıb. Festivalın katibliyinin məlumatına görə arbitaj prosesinə çıxarılmış 45 əsərdən 6-sı türk və fars dillərində olmaqla iki hissədə seçilmiş əsər adını layiq görüldü.

 

  • Yazılıb
  • da (də) 2012 Oct 05