Tarix : 2012 Oct 06
Kod 33183

BDU-nun professoru: Səttarxanın insanları öldürmək üçün əl bombalarından istifadə etməməyi göstər...

Professor Atamoğlan Məmmədli: ''Ümid edirəm ki, İran və Azərbaycan xalqlarının bir-birinə yaxınlaşması üçün daha artıq şərait yaranacaq''.
g/Aran agentliyi

 

AranNews - Mənbəmizin 7-ci məntəqə üzrə İslam İnsan Hüquqları Komissiyasının ictimai əlaqələr şöbəsindən verdiyi məlumatına əsasən, professor Atamoğlan Məmmədli Səttarxanın evində keçirilən "Qafqaz Regionunda İnsan Haqlarında Son Dəyişikliklərin Araşdırılması" konfransında Səttarxanı öz dövrünün ən böyük insan haqları müdafiəçisi adlandıraraq deyib: "Səttarxanın həyatına geniş baxış, onun insan haqları yaşamasından müxtəlif ölçüləri əyan edir".  Professor, İslam dininin insan haqları, sülh və səmimiyyət, dostluq dini olduğunu bəyan edərək artırıb: "İnsan haqları görüşü və insan kəramətinin qorunması mövzusuna İslam mətnlərinin hər bir yerində rast gəlmək olur".

Professor Atamoğlan Məmmədli Qurani-kərimin insanları sülh və dostluğa, insanların kəramətinin qorunmasına dəvət etməsini açıqlayaraq deyib: "Elə bir gün gəlsin ki, insanlar bir-birinin yanında sülh və raharlıqda yaşasınlar".

Bakı Dövlət Universitetinin müəllimi İslam dünyasının qadınlarının hüquqlarının pozulması,  Bosniya müharibəsində 50 min qadın və qızlara təcavüz edilməsi və qətlə yetirilməsi məsələsinə toxunaraq deyib: "Bilmirəm bu nə qərardır ki, insan haqları ən çox İslam ölkələrində və müsəlmanlar barədə pozulur".

Professor həmçinin, sionistlərin Azərbaycanın işlərinə müdaxiləsinə də işarə edərək deyib: "İsrail, imperializmin və böyük ölkələrin qeyri-qanuni övladıdır. Onların bu rejimi yaratmaqda əsas məqsədləri İslama zərbə vurmaqdır. Bu dövlətlər İran və Azərbaycan arasında yaxşı münasibətlər olmasına razı deyillər. Ona görə də müxtəlif yollarla iki ölkə əlaqələrini korlamağa çalışırlar".

Professor Atamoğlan Məmmədli, Azərbaycanda insan haqlarının pozulmasının əsas səbəbinin sionistlər olmasını açıqlayaraq deyib: "Ümid edirəm ki, İran və Azərbaycan xalqlarının bir-birinə yaxınlaşması üçün daha artıq şərait yaranacaq".

  • Yazılıb
  • da (də) 2012 Oct 06