Qarabağ, Azərbaycanın ayrılmas bir hissəsidir və erməni qüvvələri bu bölgəni işğal ediblər.
g/Aran agentliyi
AranNews - Mənbəmizin 7-ci məntəqə üzrə İslam İnsan Hüquqları Komissiyasının ictimai əlaqələr şöbəsindən verdiyi məlumatına əsasən, Aydın Qarabağlı Səttarxanın evində keçirilən "Qafqaz Regionunda İnsan Haqlarında Son Dəyişikliklərin Araşdırılması" konfransında Qarabağ faciəsin işarə edərək bildirib: "Hər bir milləti məhv etmək üçün onun keçmişini məhv edirlər. Bu yönümdə indiyə kimi beş min azəri köklü coğrafi makan və adlar Ermənistanda məhv edilmişdir". Tədqiqatçı, bu günləri Qafqaz regionuna müharibə kölgəsinin hakim olduğunu bildirərək deyib: "Millətlər əgər bir-birlərindən uzaq olsalar, düşmənlər asanlıqla onları yox edə bilərlər. Ona görə də biz bir olmalı və vəhdətimizi qorumalıyıq".
Azərbaycanlı tədqiqatçı sionistlərin həm Qarabağ münaqişəsində, həm də Azərbaycanda baş verən son hadisələrdə əlləri olduğunu bəyan edərək artırıb: "Qarabağ, Azərbaycanın ayrılmaz bir hissəsidir və erməni qüvvələri bu bölgəni işğal ediblər".
O, bu regionda insan haqlarının pozulması barədə çoxlu dəlil və faktların beynəlxalq təşkilatlara təqdim edilməsini də açıqlayaraq deyib: "Ermənilərin əməlləri və onların xaricdəki muzdurlarının Qarabağ faciəsinə mürtəkib olmaları, insan haqlarının kobudcasına pozmalarına və beynəlxalq hüquq qanunlarına həyasızcasına etinasızlığına aşkar bir nümunə olmaqla yanaşı, müxtəlif Cenevrə konvensiyası, İnsan Haqları Bəyannaməsi, Uşaq və Qadın Beynəlxalq Nizamnaməsi ilə aşkar surətdə ziddir".
Azərbaycanın görkəmli tədqiqatçısı Aydın Qarabağlı, Qarabağda baş vermiş soyqırıma da işarə edərək deyib: "1992-ci ildə Xocalıda ermənilər tərəfindən törədilmiş faciə təkcə adi bir terror əməli deyil. Bu bütün bəşəriyyət əleyhinə baş vermiş misilsiz cinayət hadisəsidir".