Tarix : 2012 Oct 06
Kod 33185

Azərbaycanın Ziyalılar Formunun sədri: Sərhəddin o tayında İranda insan haqlarının pozulması barə...

Azərbaycanda hicab və bütün siyasi məhbuslar sifarişlə həbs edilmişdir və bu sifarişlər sionizm amilləri tərəfindəndir
g/Aran agentliyi

 

AranNews - Mənbəmizin 7-ci məntəqə üzrə İslam İnsan Hüquqları Komissiyasının ictimai əlaqələr şöbəsindən verdiyi məlumatına əsasən, Azərbaycanın Ziyalılar Formunun sədri Eldəniz Quliyev, Səttarxanın evində keçirilən "Qafqaz Regionunda İnsan Haqlarında Son Dəyişikliklərin Araşdırılması" konfransında Azərbacanda insan haqlarına zidd hərəkətlərin, islamofobiyanın sionizm nüfuzu üzündən olduğunu vurğulayaraq bildirib: "Faşizmin kökü dünyada quruduldu, amma onun yerinə indi sionizm yaranıb və fəaliyyət göstərir". O, imperializmin İslamofobiyada əsas məqsədinin xalqları mənəviyyatdan uzaqlaşdırmaq və onları qarət etmək olduğunu bəyan edərək deyib: "Mənəviyyatdan uzaq olan bir ölkə asanlıqla qarət və talan edilə bilir".

Ziyalılar Formunun sədri Azərbaycan və İranın yaxınlaşmasının İsrailin maraqlarına zidd olması barədə də açıqlama verərək deyib: "Gərək deyəm ki, bu günləri Azərbaycanda hicab qadağasının səhnəsi arxasında sionistlər dayanır".

Eldəniz Quliyev İranda insan haqlarının pozulması barədəki təbliğatın siyasi olduğunu da bildirərək artırıb: "Sərhəddin o tayında İranda insan haqlarının pozulması barədə eşitdiklərimizlə, Təbrizdə gördüklərimizi uyğun bilmirik. Deməliyəm ki, insan haqları müstəqil ölkələri təzyiq altında qoymaq, onları sıxışdırmaq üçün bir vasitəyə çevrilib".

Azərbaycanın Ziyalılar Formunun sədri İslam İnsan Hüquqları Komissiyasının İrandakı fəaliyyətini və addımlarını bəyəndiyini bildirərək artırıb: "Ümid edirik ki, bu komissiya İran xalqının haqlarını qoruduğu kimi müsəlmanların qonşu ölkələrdə, xüsusilə də Qafqaz regionundakı pozulmuş haqlarına daha artıq əhəmiyyət verəcək".

  • Yazılıb
  • da (də) 2012 Oct 06