Azərbaycan-Avropa Şurası Parlament Assambleyasının bu şuranın xüsusi məruzəçisi Kristofer Ştraser tərəfindən təklif olunmuş qətnamə layihəsini təsdiq edərək...
/Aran Agentliyi
Azərbaycan-Avropa Şurası Parlament Assambleyasının bu şuranın xüsusi məruzəçisi Kristofer Ştraser tərəfindən təklif olunmuş qətnamə layihəsini təsdiq edərək, Azərbaycan Respublikası hökumətindən siyasi məhbusları o cümlədən İranın Teleradio Təşkilatının yerli müxbiri Anar Bayramlını azad etməsini istəyib.
Mediaforum xəbər portalının verdiyi məlumata görə, Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Kristofer Ştraser tərəfindən hazırlanmış qətnamə layihəsi 100 lehinə, 64 əleyhinə və 12 bitərəf səs ilə təsdiq edilib.
Bu qətnamədə deyilir: Hal-hazırda Azərbaycan Respublikasında 90 siyasi məhbus var ki, öz əqidəsini və düşüncələrini bəyan etməsinə, azad media fəaliyyətinə, etiraz aksiyalarında iştiraka malik olmasına, hökumətin siyasətlərini tənqid etməsinə görə siyasi qərəz və sifarişli məhkəmə qərarları ilə həbsə məhkum ediliblər.
Avropa Şurası Parlament Assambleyasının əksər üzvləri Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin etirazlarını əsassız hesab edərək, bu qətnaməni təsdiq edib və bütün siyasi məhbusların o cümlədən jurnalistlərin azad edilməsini habelə, Bakının azadlıq prinsiplərinə riayət etməsini istəyiblər.
Bu qətnamə layihəsinin ilkin mətni ötən iyul ayında AŞPA-nın İnsan Haqları Komitəsində təsdiq edilmişdi.
Bu qətnamə 2012-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasının ümumi iclasında da araşdırılacaq və o zamana kimi Bakının rəftarlarında dəyişikliyin müşahidə edilməyəcəyi təqdirdə, 2013-ci ildə Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini nəzərə alaraq, bir sıra tənbehlər nəzərə alınacaq. O cümlədən Azərbaycanın AŞPA-da səsvermə haqqı dondurulacaq.
Bunu nəzərə alaraq, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası məsələləri üzrə xüsusi məruzəçi Andreas Herkel deyib: AŞPA-nın payız sessiyasında rəsmi Bakıdan istənilib ki, maksimum 3 aya kimi siyasi məhbusların azad edilməsi də daxil olmaqla Avropa Şurası qarşısındakı öhdəliklərinə əməl etməsi ilə bağlı tutarlı bir hesabat hazırlasın və araşdırılması üçün AŞPA-ya təhvil versin.
Bundan öncə Kristofer Ştraser də Azərbaycan Respublikası haqda qətnamənin qəbul edilməsinin səbəbini Azərbaycan Respublikası hökuməti tərəfindən söz azadlığının pozulması və jurnalistlər, siyasi fəallar və müxaliflərə qarşı saxta ittihamlar əsasında sifarişli məhkəmə qərarlarının çıxarılması adlandırmışdı.
Azərbaycan Respublikası 2001-ci ildən Avropa Şurasına üzvdür və bu şuraya üzv yeganə ölkədir ki, onlarla jurnalist, siyasi fəal və müxalifət nümayəndəsini siyasi baxışlarına, hakimiyyətin siyasətlərini tənqid etməsinə və öz əqidəsini bəyan etməsinə görə gülünc ittihamlarla həbsə atıb.
İranın Teleradio Təşkilatının yerli müxbiri Anar Bayramlı da saxta ittihamlar və sifarişli məhkəmə qərarı ilə həbsə atılan jurnalistlərdəndir.
İndiyə kimi Azərbaycan Respublikası və İranda onlarla siyasi və ictimai qurum və təşkilat habelə beynəlxalq dairələr Anar Bayramlının həbsini siyasi hesab edərək, ona azadlıq istəyiblər.