Tarix : 2012 Oct 05
Kod 33190

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin BƏYANATI

''Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz (dininizi qoruya bilsəniz), O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər
/Aran Agentliyi

"Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz (dininizi qoruya bilsəniz), O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər." (Muhəmməd surəsi, 7)

Bu gün, oktyabırın 5-də müsəlman məmləkətimizdə, Azərbaycan Respublikası təhsil nazirliyi qarşısında üç ilə yaxın davam edən islamafobiya və hicabafobiyaya etiraz olaraq, mübariz və mömin gənclər tərəfindən keçirilmiş növbəti etiraz aksiyası çox vaxtında, müqəddəs və ən zəruri atılmış addımlardan biri oldu. Xalqımızın dini, qeyrəti və namusu uğrunda verdiyiniz qanlar Allah dərgahında Kərbala meydanında verilmiş şəhid qanları ilə bərabər sayılır.

Rüşvət, xalqın sərvətini talamaqla hakimiyyətə gəlmiş bu rejim müsəlman xalqımızın pak, müqəddəs dəyəri, dini və namus-qeyrət məsələsi olan hicab probleminin dinc yolla həllini tapmasını tələb edən inamlı gənc vətəndaşlarımızı, gənclərimizi və qardaşlarımızı növbəti dəfə polis dəyənəyi ilə qarşılamış, aksiyanı vəhşicəsinə dağıtmış və bəzi qardaşlarımızı həbs etmişdir.

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi aksiyada iştirak edən, vətənini, İslamı, Müqəddəs Quranı və ana-bacıların örpəyini göz-bəbəyi kimi qoruyan bütün qardaşlarımıza dərin təşəkkürünü bildirir. Ölkədə və xaricdə olan bütün qeyrətli azərbaycan cavanlarına bu hərəkata qoşulub, ölkəmizdə dünya imperializminə, şeytanpərstlərə və sionizmə xidmət edən məmurları yerində oturtmağa çağırırıq. Baş örtüyü məsələsinin tezliklə həll olunmasında, bu yolda şər-böhtanla həbs olunmuş din xadimlərimizin və möminlərin dərhal azad olunmasında iştirakı hamı üçün zəruri bilirik.

Müsəlman xalqımızın dinini, torpağını, müstəqilliyini, namus-qeyrətini, ana-bacıların örpəyini qorumaq qabiliyyəti olmayan bu hakimiyyət, istər əvvəllər, istərsə də bugünkü aksiyada həbs olunan bütün din xadimlərimizi və gənclərimizi təcili olaraq azad etməli, siyasi səhnədən getməli və bu səhnəni xalqın müqəddəs dəyərlərini qorumağı bacaran vətəndaşlara verməlidir!

HHQM Müdafiə Komitəsinin mətbuat xidməti

Hicab.org

  • Yazılıb
  • da (də) 2012 Oct 05