Tarix : 2012 Oct 05
Kod 33191

Haqq Yolu: Polis zorakılığına son qoyulmalıdır!

Haqq Yolu Elm və Mədəniyyət İnstitutunun bəyanatı
/Aran Agentliyi

 

Rəhman və Rəhim Allahın adı ilə

Haqq Yolu Elm və Mədəniyyət İnstitutu bu gün günorta Azərbaycan Respublikası Təhsil Nazirliyi qarşısında keçirilən etiraz aksiyasını dəstəkləyir və aksiyaçılara qarşı polis zorakılığını pisləyir.

Beş yüzdən artıq həmvətənin qatıldığı aksiyada iki yüzədək aksiyaçının saxlanılması, onlarla aksiyaçının hələ də azad edilməməsi mövcud rejimin İslama münasibətdə mövqeyinin dəyişmədiyini bir daha təsdiqlədi. Dindarların vəhşicəsinə döyülməsi, polisin öz vəzifə səlahiyyətlərini aşaraq quldur rəftarı Azərbaycanın dünya miqyasında nüfuzuna növbəti zərbə oldu, bu ölkədəki hakimiyyətin antiislam, diktator mahiyyətini açıqladı. Bu xalq "Hicaba azadlıq!", "Hicab bizim namusumuz, qeyrətimizdir!", "Təhsildə rüşvətə yox, hicaba hə!" kimi şuarlarla öz dininə, milli-mənəvi dəyərlərinə sədaqətini ortaya qoydu, dini cəmiyyətin, bütün vicdanlı insanların rejimə güzəştə getməyəcəyini sübuta yetirdi. Demək olar ki, bütün dini fəalları cəmiyyətdən təcrid etmiş və İslamı “zərərsizləşdirdiyini” düşünən hakimiyyət anlamalıdır ki, bu hərəkatın kökləri cisimlərdə yox, ruhlardadır. Zalım rejim torpağı mömin qanı ilə suvardıqca bu ruhiyyə güclənir. Haqqın qələbə qazanacağı gün uzaqda deyil. Allah bütün mübariz insanlar, haqq-ədalət yolunda canından, varından keçənlərin yardımçısı olsun!

Haqq Yolu Elm və Mədəniyyət İnstitutu 

  • Yazılıb
  • da (də) 2012 Oct 05