Tarix : 2012 Oct 05
Kod 33192

“Qanunsuz hicab qadağasına etiraz vətəndaşın haqqıdır”

Bu gün ''Hicaba Azadlıq'' şüarları altında inanclılar etiraz aksiyası keçiriblər
/Aran Agentliyi

 

Bu gün "Hicaba Azadlıq" şüarları altında inanclılar etiraz aksiyası keçiriblər

HaqqYolu - Məlumata görə, 55 dindar həbs edlilib. Bununla bağlı AMEA-nın elmi işçisi, ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu öz fikrini bildirib:

"Hicab vətəndaşın konstitusion haqqıdır! Qanunvericiliyimizə görə hicablı olsun, olmasın, hər bir vətəndaşın təhsil haqqı var! İnanclı vətəndaşlarımız, hicablı qızlarımız-bacılarımızın bu konstitusion haqları kobud şəkildə pozulur!Qanunsuz hicab qadağasına etiraz aksiyası da vətəndaşın konstitusion haqqıdır! Etiraz etmək istəyən vətəndaşların bu konstitusion haqları da amansızcasına pozulur!Cəmiyyətdə sabitliyi bərqərar etmək üçün, insanların hüquq və azadlıqları təmin edilməlidir! Hicab qadağası yalnız gərginliyə, inanclı vətəndaşları hakimiyyətə qarşı qoymağa, incik salmağa, aranı qatmağa xidmət edir. Bu qadağanın müəllifləri belə görünür ki, qəsdən dövlətçiliyimizə qarşı təxribatçılıqla məşğuldurlar!...

Azadxeber.org

  • Yazılıb
  • da (də) 2012 Oct 05