İran İslam Respublikası rəsmiləri İranın Ərdəbil vilayəti ilə Azərbaycan Respublikası arasında iqtisadi-mədəni əlaqələrin genişləndirilməsi üçün şəraitin hazır olduğunu elan ediblər
/Aran Agentliyi
İran İslam Respublikası rəsmiləri İranın Ərdəbil vilayəti ilə Azərbaycan Respublikası arasında iqtisadi-mədəni əlaqələrin genişləndirilməsi üçün şəraitin hazır olduğunu elan ediblər.
İRNA-nın verdiyi məlumata görə Ərdəbil valisi Əkbər Nikzad, İran xarici işlər nazirliyinin Qafqaz regionu üzrə şöbə müdiri Məhəmməd Rza Mürşidzadə və İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayinlə birgə görüşündə bu iki ölkənin mədəni tarixinə işarə edərək deyib: Bu vilayət Azərbaycan Respublikası ilə əlaqələrini genişləndirməkdə çox maraqlıdır.