Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə 2 ildir hicaba qoyulan qadağaya etiraz aksiyası keçirilib
/Aran Agentliyi
Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə 2 ildir hicaba qoyulan qadağaya etiraz aksiyası keçirilib
İslaminsesi.az- Bu gün 3-cü "Hicaba azadlıq!" etiraz aksiyasında inanclılar tərəfindən qəbul edilmiş qətnamə də oxunub.
Aksiya yerində əldə olunan qətnamənin mətnini təqdim edirik:
"Biz Azərbaycan müsəlmanları olaraq, hicab qadağası problemi ilə bağlı indiyə qədər irəli sürdüyümüz bütün tələbləri, bundan əvvəl keçirdiyimiz iki etiraz aksiyasındakı bəyanatlar və qətnamələrdəki fikirləri bir daha təkidlə vurğulayaraq;
- Ölkədə ali dəyərlərə, vicdan hürriyyətinə, o cümlədən dini etiqada təcavüz anlamına gələn hicabın orta ümumtəhsil müəssisələrindəki azadlığına qoyulmuş göstəriş və icra xarakterli qadağaların və məhdudiyyətlərin ləğvini zəruri sayaraq tələb edirik:
1)Dövlət rəhbərliyi problemi aradan qaldıra biləcək ən yüksək səviyyədə məsələni tezliklə həll etmək üçün ən işlək mexanizmdən istifadə etsin.
2)Azərbaycan Respublikas Təhsil Nazirliyinin rəhbər işçiləri də AR Konstitusiyana və beynəlxalq insan hüquqlarına zidd olaraq tətbiq etdiyi orta ümumtəhsil məktəblərində hicablı şagirdləri təhsildən məhrum etməyə son qoysun.
3)Orta ümumtəhsil müəssisələrinin direktorlarına və digər rəhbər işçilərinə özbaşına şəkildə hicablı şagirdləri təhsil müəssisəsinə buraxmamaq, dərs vaxtı bitməmiş məktəbdən çıxarıb evə göndərmək, müəllimlərin, şagirdlərin qarşısında və ya təklikdə hicablı şagirdin özünü və ya valideynlərinin əqidəsini, vicdan azadlığını aşağılamaq, şəxsiyyətini alçaltmaq, psixoloji təzyiqlərə məruz qoymaq və digər bu kimi əvvəllər baş vermiş hər hansı neqativ halların yaşanmaması üçün ciddi xəbərdarlıq edilsin."
Islamazeri