Tarix : 2012 Oct 05
Kod 33196

Azərbaycan hökuməti qeyri qanuni olan bu tutumundan dərhal əl çəkməlidir

Azərbaycanda yaşanan hadisələri qayğı ilə izləyiri
/Aran Agentliyi

Son hadisələrin ciddiyəti və təhlükəliliyi ortadadır. Daha əvvəldən də izlədiyimiz hicab qadağasına qarşı, şagird valideyinləri, bu ayrı-seçkiliyi qəbul etməyəcəklərini və hökumət bu qanundan kənar mövqeyindən əl çəkənə qədər etirazlarını davam etdirəcəklərini bəyan etmişdilər.

Azərbaycan xalqı, bu qadağaya etiraz etdiyi üçün zindanlara düşüb və iki nəfərdə ölüb. Bu fədakarlıqların insani və doğuşdan bir haqq uğrunda olduğunu unutmamaq lazımdır.

Azərbaycan hökuməti qeyri qanuni olan bu tutumundan dərhal əl çəkməlidir.

MAZLUMDER olaraq Azərbaycan hökumətinə tövsiyəmiz öz xalqı ilə düşman olmasın və öz yurddaşlarının təhsilinə bu şəkildə maneə törətməsin. Bu gənclərin gələcəkdə xidmət edəcəkləri dövlət elə Azərbaycandır.

Bu mənasız və düşmənçilik yaradan qadağaya son verilməsini tələb edirik.

Şərifə Gül Arıman

MAZLUMDER Ankara şöbə müdiri

Xeber44.Com

  • Yazılıb
  • da (də) 2012 Oct 05