Tarix : 2012 Oct 05
Kod 33197

Aksiyada həbs olunanlara qarşı cinayət içi açıldı

Bakıda keçirilən aksiyada həbs edilənlərin sayı açıqlanıb
/Aran Agentliyi

Bakıda keçirilən aksiyada həbs edilənlərin sayı açıqlanıb. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, qanunsuz aksiyada iştirak edərək, şəhərin mərkəzində ictimai asayişi pozduğuna görə 71 nəfər tutulub. Həmin şəxslər Nərimanov Rayon Polis İdarəsində saxlanılırlar.

Baş vermiş hadisə ilə bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, bu gün bir qrup dindar Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə plakatlar qaldırıb, şüarlar səsləndiriblər.

Dindarların keçirdiyi aksiyada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırova xəsarət yetirilib. Aksiyada daha 3 polis əməkdaşı ağır xəsarət alıb. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, xəstəxanaya ağır xəsarətlə daxil olan 3 polis əməkdaşından 2-si Daxili İşlər Nazirliyinin hospitalına aparılıb. Bir nəfər isə hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır.

İslaminsesi.az

 

 

 

  • Yazılıb
  • da (də) 2012 Oct 05