“Birlik.az” saytının redaktoru, şərqşünas Vüsal Hətəmov Mediaforuma keçirilmiş aksiya ilə bağlı münasibət bildirib
/Aran Agentliyi
“Birlik.az” saytının redaktoru, şərqşünas Vüsal Hətəmov Mediaforuma keçirilmiş aksiya ilə bağlı münasibət bildirib.
Baş verən hadisələri kəskin şəkildə qınayıram. Polis-dindar qarşıdurması yaradan hər bir şəxs cavab verməlidir. Hesab edirəm ki, birinci cavab verəsi şəxs təhsil naziri Misir Mərdanovdur.
Hər bir qanun konstitusiya ilə tənzimlənir. Yəni çıxarılan qanunun hüquqi bazası olmalıdır. Əgər konstitusiya hicabla məktəbə getməyi yasaqlamırsa, onda nə üçün ölkədə bu çaşqınlıq yaradılır? Bəlkə də başını örtən yüzlərlə qız dərsə buraxılmır. Bu artıq genefonda xəyanətdir. Kim verəcək bu ədalətsizliyin, bu qanunsuzluğun cavabını?
Bugünkü aksiyadan videolarda elə kadrlar var ki, aksiya iştirakçısı “döymə”, “vurma” deyir, amma polislər dəyənəyi ardıcıl endirib-qaldırırlar. Bununla bağlı Daxili İşlər Nazirliyinə sorğu vermək lazımdır. Hər şeyin qaydası var. Dəyənək, güc ən ekstremal halda işə düşə bilər...
Hesab edirəm ki, 5 oktyabr aksiyasının tələbi müzakirəyə çıxarılmalıdır və hicab probleminin həll yolu tapılmalıdır. Heç kim yaddan çıxarmasın: ölkədə çaxnaşma düşməsində marağı olan qüvvələr var. Onlara bəhanə verməyək.
Mediaforum.az