Azərbaycan hakimiyyəti bir daha şahid oldu ki, ayrı-ayrı şəxsləri şərləyib həbsxanaya atmaqla DİNSİZLİYƏ etiraz aksiyalarının qarşısını ala biməyəcək
/Aran Agentliyi
Azərbaycan hakimiyyəti bir daha şahid oldu ki, ayrı-ayrı şəxsləri şərləyib həbsxanaya atmaqla DİNSİZLİYƏ etiraz aksiyalarının qarşısını ala biməyəcək. Hazırda rejim öz qeyri-konstitusion addımlarını yox, aksiyanın kimlər tərəfindən təşkil olunduğunu araşdırır. Modern yazır:
Azərbaycan İslam Partiyası (AİK) sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli Təhsil Nazirliyinin qarşısında keçirilən bugünkü aksiyanın partiya tərəfindən təşkil olunmadığını deyib:
“Aksiya keçirilməsi ilə bağlı partiyada heç bir qərar olmayıb və üzvlərimizdə aksiyada iştirak etmək barədə heç bir göstəriş verilməyib. Ola bilər aksiya zamanı hansısa üzvümüz ona qoşulsun, amma belə bir ehtimal çox azdır”.
“Məşədi Dadaş “ məscidinin imam-camaatı Hacı Şahin Həsənli bildirib:
“Mən həmişə bitərəf olmuşam. Aksiyanın təşkilatçılarından isə qətiyyən xəbərim yoxdur. Kimlərin təşkil etdiyini bilmirəm. Hər halda bu məsələ artıq gündəmə gəldi”, – deyə Hacı Şahin vurğulayıb.
Yerdə qalır XALQ, narazı xalq! Hakimiyyət nə üçün görə bilmir ki, hicab qadağası bütün cəmiyyətə qarşı yönəlib? Nə etmək lazımdır ki, görsün? Maraqlıdır ki, yerlə sürünən Qəddafi öz səhvlərini heç olmaya son anda görə bilirdimi?!
hicab.org