Yazıqlar! Rüşvət imperiyası Azərbaycanda bir yazıq var: bir qarın çörəyə zalım rejimin keşiyini çəkənlər, polis adlanan məxluq
/Aran Agentliyi
Yazıqlar! Rüşvət imperiyası Azərbaycanda bir yazıq var: bir qarın çörəyə zalım rejimin keşiyini çəkənlər, polis adlanan məxluq. Dini cameəmizin qara dəftərində bu yazıqların da adının olması öz ürəyimizi ağrıdır. Axı dolanışıq xatirinə borc-xərclə rüşvət yığıb polisə işə girməyə nə lüzum vardı?! Azərbaycanda ac qalmaq polis işləməkdən yaxşıdır – bunu bütün vicdanlı insanlar başa düşür.
Əliyev komandası ordusuz, polissiz qalsa 91 nəfər düzəlməz. Xalqın qanını somurub eyş-işrət içində yaşayan bu quldur qruplaşmaya güc verən yalnız hakimiyyət imkanlarıdır. Dindarlarsa nə qrupdur, nə də partiya. Azərbaycan xalqı dindar xalqdır və Quranı Əliyevə satan deyil. Mafioz rejimin qırmızı vəziyyətdə aradan çıxmaq üçün təyyarəsi də, uzaq bir adada yuvası da hazırdır. Azərbaycan Tunis, Misir, Liviya taleyini yaşayır. O Böyük Gün Əliyev rejimi özünü hava limanına çatdıra biləcəkmi? Əgər çatdıracaqsa, bu da polisin, ordunun, MTN-nin xidməti olacaq. Amma o təyyarədə dindarları şərləyən, həbsə alan, işgəncə verən polislər, MTNçilər, hərbçilər üçün yer yoxdur. O təyyarəyə olsa-olsa 91 nəfər qalxa biləcək.
Azərbaycanın yazıq polislərinə və quldur rejimin bütün keşikçilərinə deyəcəyim budur ki, qara siyahı uzanmaqdadır. Bu siyahıda rejimin antidin siyasətinə xidmət edən bütün fərdlərin - əməliyyatçıların, müstəntiqlərin, bir sözlə nökərlərin kimliyi yer alır. 5 oktyabr POLİSLƏRİ də qara albomda yaddan çıxmayacaq. Onların siması yaddaşımıza həkk olundu. Qisas Günü gözlənilməz olacaq. Necə ki 5 oktyabr gözlənilməz oldu.
Polislər! Qırmızı vəziyyət üçün hazırlanmış təyyarədə yer istəyin. Çalışın 91-lərdən olun. Ola bilsəniz bir faiz də olsa aradan çıxmaq imkanı var - əlbəttə ki, ölüb Allahın hüzuruna gedənə qədər. Qara gün, çirkin əməllər və zülmün açıcı 92-dən başlayır. Şeytana nökər olduğunuz anları unutmayın. Bu kadrlara tez-tez baxın. Bir çıxış yolu da var. İşə girmək üçün verdiyiniz pula tüpürüb POLİS damğasından azad olasınız. Bu sözlər qara eynəkli, mülki geyimli nökərlərin, istintaq təcridxanalarında dindarlara güldən ağır söz deyənlərin də qulağında sırğa olsun.
Bakıxan