Tarix : 2012 Oct 07
Kod 33227

Rəsmi Bakının Ramil Səfərov hərəkəti rəsmi səviyyədə heç vaxt bəyənilməyib!

“Azərbaycan hökuməti Ramil Səfərovu heç vaxt qəhrəman hesab etməyib”
/Aran Agentliyi

ATƏT PA payız sessiyasında Ermənistan nümayəndələrinin tənqidləri ilə üzləşən  Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü  bildirib : “Azərbaycan hökuməti Ramil Səfərovu heç vaxt qəhrəman hesab etməyib”

Oktyabrın 6-da Albaniyanın Tirana şəhərində ATƏT PA payız sessiyasının ikinci günü deputat Azay Quliyev Ermənistanı yalan danışmaqda ittiham edərək  deyib : “Ramil Səfərovun ekstradisiyası və onun Azərbaycan prezidenti tərəfindən əfv edilməsi hüquqi nöqteyi-nəzərdən qüsursuz olaraq həyata keçirilib. Azərbaycan hökuməti Ramil Səfərovu heç vaxt qəhrəman hesab etməyib. Onun hərəkətləri rəsmi səviyyədə heç vaxt bəyənilməyib və haqq qazandırılmayıb!”

Azərbaycan Respublikası Parlamentinin deputatı  əlavə edib : “Mən Ermənistan rəsmilərinin Ramil Səfərov məsələsindən bəhanə kimi istifadə edərək, öz varlıqlarını Azərbaycanın işğal olunmuş ərazilərində leqallaşdırmamağa və beynəlxalq aləmi çaşdırmamağa çağırıram. Ramil Səfərov məsələsi bitmişdir və bundan sonra müzakirə olunmamalıdır”.

Qeyd etmək lazımdır ki, bir qədər əvvəl isə  Azərbaycan Respublikası prezidenti  İlham Əliyevin  Fransa  səfəri  zamanı  Lomond  qəzeti məlumat  vermişdi ki, İlham Əliyev  Fransa  prezidenti ilə  görüşündə  zabit Ramil Səfərovu əfv etdiyindən peşman olduğunu  bildirib.

Prezident İlham Əliyev  Lomond qəzetinin  bu  məlumatı  qarşısında  heç bir  açıqlama verməyib.

 

  • Yazılıb
  • da (də) 2012 Oct 07