Tarix : 2012 Oct 07
Kod 33228

Məşhur Fransalı müğənni İslamı qəbul edib

məşhur Fransalı müğənni Diames yeni dərc edilmiş həyatı haqqında kitabında bildirib ki, o İslamı qəbul edib və hicab geyinmək haqqında qərara gəlib
/Aran Agentliyi

Beynəlxalq Müqavimət Hərəkatı - Mənbəmizin "Nawaret" informasiya mərkəzinə istinadla verdiyi məlumatına əsasən, məşhur Fransalı müğənni Diamesyeni dərc edilmiş həyatı haqqında kitabında bildirib ki, o İslamı qəbul edib və hicab geyinmək haqqında qərara gəlib.

Əsl adı Melanie Georgiades olanDiames 2009-cu ilin noyabrında Fransa universitetlərinin birindən hicablı vəziyyətdə  eşiyə çıxmışdı və orada hicab geyinməsi ilə bağlı jurnalistlərlə açıqlama verməkdən boyun qaçırtmışdı.Amma bu yaxınlarda özünün "Diamesin vəziyyəti" adlı kitabını dərc edərək, öz həyatı, çəkdiyi çətinliklər, nəhayət islamı qəbul etməsi və hicabı seçməsi barədə məlumat verib. Diames bu kitabda ata-anasız böyüməsindən, müğənniliyə necə başlamasından, amerikalı müğənnilər və fransalı aktyorlarla tanışlığından, şöhrət və sərvət qazanmasından söz açır. O yazır: "Mən şəxsi işimdə uğurlar qazandığım bir vaxtda depressiyadan əziyyət çəkirdim və müxtəlif psixoloqların yanına getməyimə baxmayaraq heç biri mənə kömək edə bilmədi".

Dörd yaşında Məryəm adlı qızı olan 32 yaşlı Diames kitabının digər bir hissəsində yazır: "Depressiyadan qurtulmağın yolunu ibadət və Quran oxumaqda tapdımvə 2008-ci ildə Muris adasına səfərə getdiyim zaman şəxsən İslamı qəbul etdim".

O,  hicablı olmağı qərarlaşdırdıqdan və kimsəsizlər üçün yardım mərkəzi açdıqdan sonrabaşqalarının onun İslamı qəbul etməsinə münasibətini açıqlayaraq deyir: "Hicabı seçməyim ətrafımda olanların çoxu üçün dinimi dəyişməyimdən daha təəccüblü oldu".

  • Yazılıb
  • da (də) 2012 Oct 07