Tarix : 2012 Oct 07
Kod 33229

''BU ODUN ÜZƏRİNƏ TÖKÜLƏN BENZİN KİMİDİR''

İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi, Türkiyədən, Suriyaya silah keçirilməsinə maneə olmasını istədiklərini açıqlayıb.
ل/سرویس آذربایجان

FaktXeber.com-un verdiyi məlumata görə, İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi, Türkiyədən, Suriyaya silah keçirilməsinə maneə olmasını istədiklərini açıqlayıb.

Rəhimi bildirib ki, Suriyadakı qruplaşmalara silah göndərmək odun üzərinə benzin tökmək kimidir. Suriya problemi hərbi yollarla həll olunan məsələ deyil. Dünyanın heç bir yerində müharibə ilə məsələni həll etmək mümkün deyil. Diqqət edin, iki filin döyüşündə də məhv olan, onların ayaqlarının altındakı çəmənlərdir. Hərbi qarşıdurmalarda da, qan tökülür. Biz, sülhün tərəfdarıyıq. Suriyadakı bütün problemləri həll edə biləcəyimizi düşünürük. Bir-birimizə silah çəkməyə ehtiyac yoxdur.

Suriya mövzusunda, İran və Türkiyə arasında köklü məslələrdə  fikir fərqliliyi olmadığını deyən Rəhimi, iki ölkəninin də bölgədə təhlükəsizlik, əmin-amanlıq və inkişaf istədiyini qeyd edib.

Tural Həsənli

  • Yazılıb
  • da (də) 2012 Oct 07