Azərbaycan xalqı arasında müqavimət ruhiyyəsini gücləndirməklə həm Qarabağ azad olar, həm də din əleyhinə siyasətlər sona yetər
g/arannews
AranNews - Mənbəmizin İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin verdiyi məlumatına əsasən, Azərbaycanın Müqavimət Ədəbiyyatının tədqiqatçısı hacı Arzu Eyvazov "İslamçılar" şer festivalında çıxışında deyib: "Din ürək məsələsidir və əgər insan aşiq olmasa, Allahın aşiqi olmasa, ibadətdə duyğulana bilməz".
Tədqiqatçı artırıb: "İnsanın ürəyini döyündürən və onun ibadətini duyğulandıran ədəbiyyatdır". O, müsəlman ölkələrində nəzmin olduğunu, lakin nəsr əsəri üzərində az işlənildiyini açıqlayaraq deyib: "Fələstində Avropa ədəbiyyatına tanış olduqlarından Qəssan Kənəfaninin əsəri kimi çox gözəl bir nəsr və müqavimət əsəri gözə çarpır".
"Müqavimət ədəbiyyatında elə əsərlər yaratmağa çalışmalıyıq ki, torpaq və dinimizə qarşı qeyrət və təəssüb hislərimizi söndürməsin"- deyə hacı Arzu vurğulayıb.
Tədqiqatçı Azərbaycan Respulikasının vəziyyətinə toxunaraq deyib: "Əgər Azərbaycan dövləti öz vətəndaşlarının dini hüquqlarına hörmətlə yanaşsa, xristian və yəhudilərə göstərdiyi təbəssümün azcasını müsəlmanlara göstərsə, uduzmayacaq, hətta xalqın güclü dəstəyini qazanacaq".
Hacı Arzu çıxışının sonunda Azərbaycan xalqı arasında müqavimət ruhiyyəsini gücləndirməklə həm Qarabağı azad etməyin, həm də din əleyhinə siyasətlərə son qoymağın mümkün olmasına ümid etdiyini bildirdi.
Qeyd edək ki, "İslamçılar" şer festivalı və "Azərbaycanlı islamçıların sanılması" mərasimi İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin təşəbbüsü ilə Təbrizdə keçirildi.