Allahın salamı olsun Fatimeyi-Zəhranın (s.ə) çağırışına ləbbeyk deyən igidlərə! Allahın salamı olsun İmam Mehdinin (əc) qeyb dövründə Ağanın dəvətinə can deyən və mallarını qurban edənlərə!
g/arannews
وَلاَ تَهِنُواْ فِی ابْتِغَاء الْقَوْمِ إِن تَكُونُواْ تَأْلَمُونَ فَإِنَّهُمْ یَأْلَمُونَ كَمَا تَأْلَمونَ وَتَرْجُونَ مِنَ اللّهِ مَا لاَ یَرْجُونَ وَكَانَ اللّهُ عَلِیمًا حَكِیمًا
«Düşməni təqib etməkdə süstlük göstərməyin. Əgər siz ağrı və əziyyət çəkirsinizsə, onlar da sizin kimi ağrı və əziyyət çəkirlər, (halbuki,) siz Allahdan elə bir şeyə ümid edirsiniz ki, onlar (buna) ümid etmirlər. Allah həmişə (hər şeyi) bilən və hikmətlidir.»(Nisa, 104)
Allahın salamı olsun Fatimeyi-Zəhranın (s.ə) çağırışına ləbbeyk deyən igidlərə! Allahın salamı olsun İmam Mehdinin (əc) qeyb dövründə Ağanın dəvətinə can deyən və mallarını qurban edənlərə! Allahın salamı olsun müctehidlərimizin – dininizi qoruyun , hicabınızla mübarizə aparanlarla mübarizəyə qalxın - fətvasına əməl edən bacı və qardaşlara!
Bu günlər İslamın və hicabın düşmənlərinə böyük mesaj verildi. O da bundan ibarət idi ki, Azərbaycanın dindar, qeyrətli və namuslu oğullarının damarlarında axan qan İmam Hüseyn (ə) qanıdır, onların yolu müqavimət və mübarizə yoludur. O vaxtda qədər ki, bu Allah aşiqləri vətənimizdə nəfəs alır heç bir qüvvə Azərbaycanda hicabımıza, dinimizə qadağa qoya bilməz. Ona görə ki, müqavimət yolunun axırıncı addımı qisas və şəhadətdır. Bu yolda kütlənin çox və az olmağı əhəmiyyətli deyil. Imam Hüseyn (ə) 71 sadiq, imanlı və ixlaslı yavərləri ilə küfr və zülm qarşısında dayandı, haqqın müdafiəsinə qalxdı. Çox təssüf ki, hələ də bəzi hacılar bu günə qədər dövlət tərəfindən İslamın əleyhinə atılan addımlara göz yummağla onların gunahlarının üstünə ağ pərdə çəkib, dövləti bu məsələdə günahsız, məsüm üşaq kimi qələmə verirlər. Təhzil nazırlıyinin qarşısında keçirilən aksiyalarda iştirak edən möminlərə təşəkker etmək əvəzinə Azərbaycanda hicab qadağasını inkar etməklə aksiyaya çıxanları kiminsə marağına qulluq edən şəxslər adlandırırlar. Bunu da qeyd etmək lazımdır ki, haqla batil mübarizəsində bitərəflik yoxdur və İslamın təlimatlarına əsasən bitərəf insalar batil qismində hesab edilir və onlarla batil sırasında olan insanlar kimi rəftar etmək lazımdır. Bü hicab aksiyası Kərbəlada olan hərəkatın davamıdır və bu yolda həbs edilən hüseynçilər də vətənimizin, dinimizin, namusumuzun qeyrətin çəkən halalzadə Məhəmməd (s) ordusudur. Bu aksiyaların iftixarı budur ki , bu aksiyalar heç bir xarici ölkənin göstərişi ilə yox, inanclı və qeyrətli oğullarımızın zəhmətləri ilə həyata keçib və bu yolda atılan addımlar da yalnız Allahın əmrinə əməl etmək üçün müctehidlərimizin fətvalarına əsasən atılıb. Biz ruhanilər aksiyada iştirak edən bütün qardaşlarımızın əllərindən öpürük və hakimiyyətdən tələb edirik ki, tez bir zamanda Azərbaycanda islamafobiya fitnəsinə son qoysun və hicaba görə aksiyada iştirak edənləri, hicab uğrunda həbs olunanları tezliklə həbsdən azad etsin. Əks təqdirdə əmin olsunlar ki, bu möhtəşəm qeyrət dalğası və hicab hərəkatı İmam Mehdi Sahibəzzamanın (əc) inayəti ilə daha güclü şəkildə davam edəcək, İnşallah.
Bəyanatı bir mömin və mübariz qardaşın sosial şəbəkədə yaydığı mətnlə sona çatdırıq: Ey Azərbaycan! Ey Həmvətənlər! Başınızı uca tutun! Bu gün sizin şəhid Mubarizlərin, Fəridlerin, zindan şəhidlərin Vaqiflərin, Fizulilərin, Hicab, haqq uste şerlenib həbs olunan Hacı Mövsumlərin,Hacı Abgullərin, Hacı Talelərin və neçə-neçə igidlərin var.
MRC mətbuat xidməti