professor Atamoğlan Məmmədli: Özümü Təbrizdə öz vətənimdə oldğum kimi hiss edirəm və elmi heyətlərin bu şəhərə səfəri olduqca faydalı və dəyərlidir
g/Aran agentliyi
AranNews - Qaynağımızın Təbriz Universitetinin ictimai əlaqələr şöbəsindən verdiyi məlumatına görə Təbriz Universitetinin tədqiqat şöbəsinin müdir müavini Əli Rüstəmi Azərbaycan Respublikasından gəlmiş universitet heyəti ilə görüşündə deyib: "Təbriz Universiteti 650 illik tarixi keçmişi ilə ölkənin ən qədim universitetlərindən sayılır və hal-hazırda 90 doktorluq ixtisası, 130 magistir ixtisası və 20 minə yaxın tələbəsi vardır". O, Təbriz Universitetinin 600 nəfərlik elmi heyətinin fəaliyyəti ilə İranın elm istehsalnda xüsusi yer tutduğunu açıqlayaraq deyib: "Hazırda bu universitetin dünyanın bir çox elmi mərkəzləri, o cümlədən Azərbaycan Respublikası, ABŞ və Avropa ölkələri, Kanada və Türkiyə ilə elmi əlaqələri vardır".
Rüstəmi, Təbriz Universitetinin müxtəlif imkanlarına, o cümlədən 15 kollec, və rəqəmli (digital) kitabxanasına da işarə edərək deyib: "Elmi inkişaf və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi zəminində iki ölkə arasında yaxşı ehtiyatlar vardır və aramızda olan bəzi ortaqlıqları nəzərə almaqla bundan kifayət qədər bəhrələnə bilərik".
Azərbaycan Respublikasının elmi heyətinin rəhbəri də bu iclasda Təbriz Universitetinin müəllimlərinin onları yaxşı qarşılamalarına görə təşəkkür edib və bu günləri dünyada dostluq körpüsü əvəzinə sədd çəkməklə beynəlxalq əlaqələrin qarşısının alındığını deyib. O, ötən illərdə İranın prezidenti doktor Əhəmidinijadla da görüşməsinə işarə edib və deyib: "İranın prezidenti o görüşdə dedi ki, Azərbaycanı sevir. Mən indi İran xalqı ilə yaxından görüşdükdə iki xalqın dostluğunu hiss edirəm və yaxşı əlaqələrin qurulması üçün lazımı zəminələr vardır".
Eldəniz Quliyev elm və imanı İran İslam Respublikasının müvəffəqiyyətinin iki əsas ünsürü adlandıraraq deyib: "İslam ölkəsi olan İran heç vaxt nüvə silahı əldə etmək istəmir və dünya bunu başa düşməlidir".
Azərbaycanın Ziyalılar Formunun sədri İsrailin 250 nüvə başlığına sahib olmasına və dünyanın bunun qarşısında susmasını tənqid edərək deyib: "Gərək hamılıqla məhəbbət və nurla dolu dünyaya tərəf hərəkət edək".
Universitet müəllimi, coğrafiyaçı və qafqazşünas alimAydın Qarabğlı da bu iclasda Qafqaz regionunun tarixinə işarə edərək deyib: "İranda çox zəngin tarix və mədəniyyət vardır. Belə bir fonda diqqət etməklə tarix, mədəniyyət və elm sahələrində iki dost və qonşu ölkə arasında yaxşı əməkdaşlıq qura bilərik".
Bakı Dövlət Unversitetinin elmi heyətinin üzvü professor Atamoğlan Məmmədli bu görüşdə deyib: "Özümü Təbrizdə öz vətənimdə oldğum kimi hiss edirəm və elmi heyətlərin bu şəhərə səfəri olduqca faydalı və dəyərlidir". O, iki ölkə arasında elmi əməkdaşlığa münasibətinin yaxşı olmasını bildirərək deyib: "Tarix və mədəniyyət baxımından iki ölkə arasında dərin ortaqlıqlar vardır".
Atamoğlan Məmmədli İrana qarşı sanksiyalara da toxunaraq deyib: "Biz İrana hücumu öz ölkəmizə hücum bilirik və heç vaxt dost və qonşu ölkəmizə zərbə dəyməsini istəmirik".
Görüşün davamında elmi heyətin üzvləri Təbriz Universitetinin Ətraf Mühit Elmləri, Memarlıq, Hüquq, Sosial, İqtisadi, Müdiriyyət, Ticarət Elmləri kolleclərinə baxış keçiriblər və bu mərkəzin elmi heyətlərinin üzvləri ilə fikir mübadiləsi aparıblar.