İran İslam Respublikasının Bakıdakı səfiri deyib: İranlı iş adamlarının Azərbaycan Respublikasında investisiya yatırmaları üçün lazımi imkan və şərait mövcuddur
/Aran Agentliyi
İran İslam Respublikasının Bakıdakı səfiri deyib: İranlı iş adamlarının Azərbaycan Respublikasında investisiya yatırmaları üçün lazımi imkan və şərait mövcuddur.
İRNA-nın məlumatına görə, İranın Bakıdakı səfiri Möhsün Pak Ayin bu gün Qum ostanının Azərbaycan Respublikasına ixracatı yollarının araşdırılması və ticarət fürsətləri ilə tanışlıq iclasında deyib: İranlı iş adamlarının Azərbaycan Respublikasında iqtisadi və ixracata investisiya yatırmaları üçün lazımi şərait və imkanlar vardır.
Pak Ayin əlavə edib: İranın Bakıdakı səfirliyi Azərbaycan Respublikası bazarının iqtisadi və ticarət məlumatlarını iranlı iş adamlarına verməyə hazırdır. Belə ki, bu ölkənin iqtisadi vəziyyəti ilə məlumatlanaraq bu sahədə daha aktiv addım ata bilərlər.
İranın Bakıdakı səfiri söyləyib: İran İslam Respublikası Azərbaycan Respublikasında sərgi təşkil edərək iranlı iş adamlarının məhsul və istehsalatını sərgiləyir. Belə ki, bu vasitə ilə azərbaycanlılarla müqavilələrin bağlanması və Azərbaycan Respublikasına ixracata zəmin yaranır.
Pak Ayin deyib: İran iş adamlarına məsləhət vermək üçün Azərbaycan Respublikasının Tehrandakı səfirliyində xüsusi tədbirlər qərargahı da yaradılıb. Beləliklə külli miqdarlıq iqtisadi mübadilələrdə iqtisadi fırıldaqçılıqların qarşısı alınsın.