Hicaba azadlıq aksiyasında iştirak edənlərin 8 nəfəri Kürdəxanı təcridxanasına göndərilib
/Aran Agentliyi
Hicaba azadlıq aksiyasında iştirak edənlərin 8 nəfəri Kürdəxanı təcridxanasına göndərilib
Xebername İnternet qəzetinə daxil olan məlumata əsasən, bu gün Səbail rayonunda Hicaba azadlıq 3 aksiyasında saxlanılanlara qarşı məhkəmə olub. Ceyhun Quliyev, Elçin Məmmədov və Anar Qasımlının məhkəmədən sonra hara aparıldığı dəqiq bilinmir.Amma bəzi saxlanılanların məhkəmədən sonra Nərimanov, Nəsimi və Yasamal rayon polis idarələrinə göndərildiyi bildirilir. Məhkəmə qarşısında olan vəkilin müxbirimizə verdiyi məlumata əsasən 8 nəfər Kürdəxanı təcridxanasına göndərilib.