Tarix : 2012 Oct 08
Kod 33240

''2022-ci ildə İsrail olmayacaq''

ABŞ Kəşfiyyat Birliyi tərəfindən ''İsrail sonrası Orta Şərqə Hazırlıq'' hesabatı hazırlanıb
/Aran Agentliyi

ABŞ Kəşfiyyat Birliyi tərəfindən "İsrail sonrası Orta Şərqə Hazırlıq" hesabatı hazırlanıb

HaqqYolu - Türkiyənin “Haber A” xəbər saytının verdiyi məlumata görə, 16 kəşfiyyat təşkilatının daxil olduğu ABŞ Kəşfiyyat Birliyinin hesabatında əks olunan 2022-ci il planında Orta Şərqdə İsrailə yer verilməyib.

70 milyard dollara yaxın büdcəsi olan 16 ABŞ kəşfiyyat təşkilatının hazırladığı hesabat 82 səhifədən ibarətdir. Kevin Barrett tərəfindən nəşr olunan hesabatda 1967-ci ildə işğal olunan torpaqlarda qanunsuz yerləşən 700 min yəhudinin bunu dünyaya əsla qəbul etdirə bilməyəcəkləri vurğulanıb. Kəşfiyyat hesabatına görə, İsraili idarə edən radikal Likud koalisiyası qeyri-qanun məskunlaşmanı dəstəkləyir və buna göz yumur.

Hesabatın müəlliflərindən olan ABŞ keçmiş xarici işlər naziri Henri Kissinger “10 il ərzində artıq İsrail olmayacaq” ifadəsini işlədib. Hesabatda 57 islam ölkəsi ilə əlaqələri normallaşdırması üçün ABŞ-ın öz milli maraqlarından çıxış etməsi və İsrailin ipinin çəkilməsinin vacibliyi qeyd edilib.

Henri Kissingerin “10 il ərzində İsrail olmayacaq” ifadəsini qəti və şərtsiz şəkildə işlədir. Onun söylədiklərindən çıxan nəticə budur: Kissinger İsrailin təhlükədə olduğunu, düşmənlərini ABŞ ordusu isə əzsək xilas ola biləcəyini söyləmir. İsrailin baş naziri Netenyahunun keçmiş dostu Mitt Romni seçilsə belə İsrailin hansısa bir şəkildə xilas ola biləcəyini də demir. İranı bombalasaq, “İsrail var olmağa davam edəcək”bildirmir. Bir çıxış yolu təklif etmir. Sadəcə bir gerçəyi ifadə edir: 2022-ci ildə İsrail artıq olmayacaq.

ABŞ Kəşfiyyat Birliyi qəti olaraq 2022-ci il tarixi deməsə də, Kissinger ilə eyni fikirdədir. ABŞ kəşfiyyat hesabatında İsrail 1980-ci illərin sonlarındakı Cənub Afrikaya bənzədilir.

  • Yazılıb
  • da (də) 2012 Oct 08