Tarix : 2012 Oct 08
Kod 33245

Türkiyə və Suriya sərhədində toqquşmalar davam edir

Türkiyə və Suriya sərhədləri hələ də gərgin vəziyyətdədir
/Aran Agentliyi

Türkiyə və Suriya sərhədləri hələ də gərgin vəziyyətdədir.

Bu gərginliklərin davam etməsi və Türkiyə parlamentinin hökumətə sərhədyanı əməliyyat üçün mandat verdiyi bir halda Türkiyədə anti-müharibə şüarları hər zaman olduğundan daha çox eşidilir.

 “Biz müharibə istəmirik”, “Biz imperialist əsgərlər olmayacağıq” kimi şüarlar Türkiyənin bir çox şəhərlərində səsləndirilir.

Türkiyədə çıxan Hürriyyət qəzeti bu barədə yazıb: Aparılmış rəy sorğularına əsasən, bu ölkə xalqının 60%-dən çoxu Türkiyənin Suriya ilə hərbi qarşıdurmasına və iki ölkə arasında gərginliklərin artmasına qarşıdır.

Türkiyənin Daily News qəzeti də bildirib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın anti-Suriya siyasətləri bu ölkə xalqı ilə hökumət arasında boşluğun güclənməsinə səbəb olub.

Çünki Türkiyə və regiondakı siyasi və media dairələrinin əksəriyyətinin qənaətinə görə, Türkiyə və Suriyanın hərbi qarşıdurmalarını başladan əsas tərəf rəsmi Ankaradır.

Bu medialar əl-Qaidə qruplaşmasının 100 üzvünün Pakistandan Türkiyəyə sonra isə Türkiyə tərəfindən Suriyaya daxil olmaları kimi halları qeyd edirlər.

Bundan əlavə bu medialar Türkiyəni terrorçuların təlimləndirilməsi, silahla təmin olunması və bu ölkə torpağına gediş-gəlişlərinin asanlaşdırılmasının səbəbkarı hesab edirlər. Bu məsələ Suriyada böhranın güclənməsi və bu ölkədə mülki vətəndaşların qırğın olması ilə nəticələnib.

Buna görə də bu siyasi və media dairələri Türkiyə və Suriya sərhəd bölgələrindəki toqquşmaları Türkiyənin Suriyaya qarşı düşmən siyasətlərinin təbii nəticəsi hesab edirlər.

Yurd qəzetinin baş redaktoru Mardan Yanardağ bu qəzetin baş məqaləsində yazır: Əldə olunan məlumatlar Suriya qarşısında Türkiyənin yanlış siyasətlərinin Axçaqala kəndinə mərminin atılması və 5 Türkiyə vətəndaşının həlak olmasının əsas səbəbi olduğunu göstərir.

Bu məqalədə bildirilib: Bəziləri bu hadisədən Suriyada hərbi müdaxilə üçün bəhanə kimi sui-istifadə etməyə çalışırlar. Belə bir halda Suriya ilə ehtimal olunan müharibə bütün regionu alovlandıra bilər.

 

  • Yazılıb
  • da (də) 2012 Oct 08