Tarix : 2012 Oct 08
Kod 33246

Azərbaycanda polislər dindarlardan qorxub,onların kütləvi həbsinə davam edir

Oktyabr ayının 6-da daha 32 dindar üçün cinayət işi açılıb
/Aran Agentliyi

Oktyabr ayının 6-da daha 32 dindar üçün cinayət işi açılıb

Ötən gün daha 32 dindara cinayət işi açılıb.

Aldığımız son məlumata görə,dünən "Hicaba azadlıq "3 aksiyasında saxlanılan 32 dindarın məhkəməsi keçirilib.

Onlar barəsində istintaq müddəti üçün 2 ay həbs qərarı verilib.

Deyilən son məlumata əsasən,tutulan dindarların hazırda cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə istintaq davam etdirilir

Saxlanılanlar Kürdəxanı təcridxanasına göndərilib.

Xatırladaq ki, 5 oktyabrda dindarlar Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə plakatlar qaldırıb, şüarlar səsləndiriblər.

Amma Azərbaycan polisi dindarlara qarşı rezin dəyənək,təpik və yumruqlarla dindarları amansızliqla vurublar.

Xeber44.Com

  • Yazılıb
  • da (də) 2012 Oct 08