Təhsil Nazirliyi qarşısında keçirilən aksiyada barələrində həbs-qətimkan tədbiri seçilən şəxslərin sayı açıqlanıb
/Aran Agentliyi
Təhsil Nazirliyi qarşısında keçirilən aksiyada barələrində həbs-qətimkan tədbiri seçilən şəxslərin sayı açıqlanıb
Oktyabr ayının 5-də Təhsil Nazirliyin qarşısında keçirilən aksiyada saxlanılan 74 nəfərdən 32-si barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Bundan başqa, 14 nəfərə məhkəmə tərəfindən inzibati həbs, 28 nəfərə isə xəbərdarlıq edilməklə ümumilikdə 42 şəxsə inzibati tənbeh tətbiq edilib.
Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Xeber44.Com